Pinqvinlər müxtəlif növlərə malik canlılardır. Dəniz məhsulları yesələr də, nə qədər yedikləri və hansına üstünlük verdikləri müxtəlifdir. Körpə və yetkin pinqvinlər arasında qida fərqlərinin görülməsi də normaldır.
Qabıqlı canlılar kiçik pinqvinlərin sevimliləri arasındadır. İri pinqvinlər isə sefalopodları yeməyə üstünlük verirlər. Bununla belə, hər iki növdə səthə yaxın olan balıqlar birlikdə yeyilir. Üstəlik, pinqvinlər yemək tapa bilməyəndə yemək axtarmaq üçün təxminən 800 kilometr yol qət edirlər.Təbii mühitindən götürülmüş pinqvinlər bioloqlar və baytarlar tərəfindən uyğun görüldüyü kimi qidalanır.
Bu kontekstdə pinqvinlərə ən yaxın qohumlarının bəslədiyi qidaya bənzər yemək verilir. Ümumiyyətlə, iri balıqlara üstünlük verilərkən ölkədə asanlıqla tapıla bilən digər dəniz canlılarından da istifadə edilir.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Aynur Mikayılova
