
Qırışlar dəridə qocalmanın təbii elementidir. Qırışlar ən çox üz, boyun, əllər və qollar kimi günəşə məruz qalan yerlərdə görünür. Genetika əsasən dərinin quruluşunu və teksturasını təyin etsə də, xüsusilə açıq dərili insanlarda qırışların əsas səbəbi günəş şüalarıdır.
Ətraf mühitin çirklənməsi və siqaret də dərinin qırışmasına səbəb olur. Bu gün, qırışlarından narahat olan insanlar üçün onlardan qurtulmaq və ya daha az görünən etmək üçün bir çox fərqli üsul mövcuddur. Ən təsirli qırışların müalicəsi dərmanlar, dərinin yenilənməsi üsulları, dolğular və plastik cərrahiyyədir.
Qırışların görünüşü müxtəlif amillərin birləşməsindən yaranır. Bu amillərin bəzilərinə nəzarət etmək mümkün olsa da, digərlərinə nəzarət etmək mümkün deyil.Yaşlandıqca insanın dərisi təbii olaraq daha az elastik və daha kövrək olur. Təbii yağ istehsalının azalması dərinin qurumasına gətirib çıxarır ki, bu da onu daha qırışlı göstərir. Yaş artdıqca dərinin dərin qatlarında olan yağlar azalır. Bu, boş, sallanan dəri və xəttlərin və uzanma işarələrinin daha nəzərə çarpan görünməsinə səbəb olur. Ultrabənövşəyi işığa məruz qalma təbii yaşlanma prosesini sürətləndirir. UV şüalarına məruz qalma dərinin birləşdirici toxumasını, dermis adlanan dərinin dərin qatında olan kollagen və elastin liflərini parçalayır. Dəstəkləyici birləşdirici toxumasını itirən dəri davamlılığını və elastikliyini itirir. Buna uyğun olaraq dəri vaxtından əvvəl sallanmağa və qırışmağa başlayır. Bu səbəbdən vaxtından əvvəl qırışların yaranmasının əsas səbəbi ultrabənövşəyi şüalanma hesab olunur.
Mənbə: acibadem
Tərcümə etdi: Aynur Mikayılova
