Qrip epidemiyasından qorunmaq üçün hansı gigiyena qaydalarına əməl edilməlidir? Qrupun qarşısını almaq üçün sadəcə gigiyena qaydalarına riayət etmək kifayətdir?
- Əllər bol su ilə yuyulmalıdır.
- Asqırarkən və öskürərkən ağız və burun qolun daxili səthi ilə örtülməlidir.
- Qapalı mühitlər tez-tez havalandırılmalıdır.
- Əşyalar xəstə insanlarla paylaşılmamalıdır.
- Təyinatına görə tək istifadəlik olan vasitələr bir dəfədən çox istifadə edilməməlidir.
- İnsanların sıx olduğu yerlərdə maskalardan istifadə edilməli, sosial məsafəyə riayət edilməlidir.
Sağlamlığınızı qorumağın ən vacib yollarından biri gigiyena qaydalarına riayət etməkdir. Bu qaydalara riayət etməklə siz öz sağlamlığınızı qoruya və xəstəliyin ötürülməsi riskini azaltmağa kömək edə bilərsiniz.
Mənbə: npostanbul
Tərcümə etdi: Nailə Hadizadə
