
Platon üçün bədən ruhun həbsxanasıdır. Ruh bədəndə ikən əsirdir, zəncirlə bağlıdır və qanadsızdır. Buna baxmayaraq, onun ruhi tərəfindən istifadə etmək, bədənin içindəki qaranlığı görmək və o zülmətdən qurtulmaq üçün səy göstərmək, hətta əvvəlki kimi qanad çırparaq ideyalar aləminə intellektual səyahətə çıxmaq imkanı var. İntihar insanın özünə qarşı yönəlmiş şiddətli aqressiya vəziyyətidir.
Soylu döyüşçülər şəhəri olan Ksantos eramızdan əvvəl 545-ci ildə Harpaqosun komandanlığı altında farsların işğalı zamanı və eramızdan əvvəl I əsrdə Brutusun mühasirəsi zamanı iki dəfə kütləvi intihar hücumları həyata keçirmişdir.
Siseron və stoiklər həyatın öz əli ilə sona çatmasını fəzilətli bir insanın hərəkəti kimi qəbul edirdilər. Stoiklərə görə, ölmək hüququndan istifadə etmək qaçış sayılırdı və onların qurucusu Zenon 98 yaşında yaralı ayağının şiddətli ağrıları səbəbindən intihar etdi.
Mənbə: Tarihli sanat
Tərcümə etdi: Nəzri Süleymanova
