Bu gün:

İmic nədir? Necə formalaşdırılır?


Özümüz haqqında təsəvvürümüz, özümüz haqqında olan şəxsi baxışımızdır. Öz-imaj, ağıllı, gözəl, çirkin, istedadlı, eqoist və xeyirxah kimi şeylər də daxil olmaqla insanın xüsusiyyətlərini təsvir edən “daxili lüğət”dir. Bu xüsusiyyətlər gördüyümüz kimi aktivlərimizin (güclü tərəflərimizin) və öhdəliklərimizin (zəif tərəflərimizin) kollektiv təmsilini təşkil edir.


Güzgüdə gördüyümüz görüntü, əslində kim olduğumuza dair real və ya təhrif olunmuş təssürat yarada bilər. Bu baxışa əsaslanaraq biz ya müsbət, ya da mənfi olaraq özümüz haqqında təsəvvürə sahib oluruq. Daxilimizdə olan güclü və zəif tərəflər davranışlarımıza təsir göstərir. Fiziki görünüş (necə görünürəm?), performans (necə edirəm?) və münasibətlər (mən nə dərəcədə vacibəm?) özümüzü qiymətləndirmək və imajımızı yaratmaq üçün ən başlıca sahələrdir. 

Əgər imicimiz müsbətdirsə, biz öhdəliklərimiz və məhdudiyyətlərimiz haqqında realist ola bilir aktivlərimizi və potensiallarımızı tanıyır və onları cəmiyyətə təqdim etməkdən çəkinmirik. İmicimiz mənfi olduğu halda biz öz səhvlərimizə və zəif tərəflərimizə diqqət yetirir, uğursuzluqlarımızı və qüsurlarımızı təhrif edirik.

Öz imici vacibdir, çünki özümüz haqqında necə düşündüyümüz özümüz haqqında necə hiss etdiyimizə və başqaları və ətrafımızdakı dünya ilə münasibətimizə birbaşa təsir göstərir. Müsbət imicimiz fiziki, zehni, sosial, emosional və mənəvi rifahımızı artırır. Digər tərəfdən, mənfi imicimiz məmnunluğumuzu və bu sahələrdə fəaliyyət göstərmək qabiliyyətimizi azalda bilər.


Mənbə: cleveland

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et