
Ördək qazdan kiçik, qısaboyunlu, yastı dimdikli, torlu, qısa ayaqlı, suyu sevən quş növüdür. Vəhşi və ev ördəkləri kimi növləri var. Sahiblərinə öyrəşdikdən sonra onları buraxmırlar və uşaq kimi diqqət görmək istəyirlər. Ördəklər suyu çox sevirlər. Su onlar üçün əvəzolunmazdır. Onlar üzgüçülükdən çox zövq alırlar. Bütün günü üzgüçülüklə keçirə bilərlər. Onlar instinktiv olaraq üzmək qabiliyyətinə malikdirlər. Ördəklər yaşıllığı sevirlər. Qarğıdalı, buğda ilə və suda, quruda tutduqları kiçik həşəratlarla qidalanırlar. Geniş dimdiklərə və pərdəli ayaqlara görə hamı tərəfindən sevilirlər. Təbiətdəki ən bəzəkli və sevimli canlılardan biridir. Xüsusilə uşaqlar tərəfindən sevilirlər. Onların duruşları və baxarkən başlarını bir az yana əymələri həqiqətən onları inanılmaz dərəcədə yaraşıqlı edir. Ördəklərlərin muskovi ördəyi, mallard ördəyi, pintail, qırmızı ördək, Barbar ördəyi, bildirçin ördəyi, iri mişar ördəyi, dəniz ördəyi, hind ördəyi, fit ördəyi, karolin ördəyi, qırmızıbaş ördək, kiçik mişar – billi ördək, labrador, Nontes ördəyi, Pekin ördəyi, qamış ördəyi kimi bir çox növləri var. Shelducks xalqa məlum olan hündür və rəngarəng ördəklərdir. Vəhşi ördəklər adətən yerdəki tunellərdə yuva qururlar. Göl ördəkləri kimi tanınan növlər, ümumiyyətlə, şor və duzlu dayaz göllərdə yaşayırlar.
Mənbə: word press
Tərcümə etdi: Aynur Mikayılova
