
Günümüzdə ətraf mühitin çirklənməsi sürətlə artmağa davam edir. Yaranan vəziyyət dünyamızı ciddi bir şəkildə təhdid etməyə başlamaq üzrədir. Hətta, artıq başlayıb da deyə bilərik.
Çünki istifadə etdiyimiz qablaşdırmalar, su şüşələri, paketlər və s. hamısı plastiklərdən istehsal olunur və insanoğlu hər gün bunları istədiyi kimi ətrafa tullayır. Bəli, istifadə etdiyimiz qablaşdırmalar sağlamlığımız üçün önəmlidir. Hər şey daha steril bir şəkildə evlərimizə gəlir. Bəli, əvvələr bu şəkildə plastiklərdən hazırlanmış məhsullar yox idi, amma həmin vaxtlar dünyamız daha təmiz idi. Əslində, bu çirklilik probleminin kökü hələ o vaxtlardan düz sənaye çevrilişinə qədər uzanır.
İndiyədək dünyamızda 8.700 milyon ton plastik istehsal olunub. Təəssüf ki, istehsal olunan bu plastiklərin %60-i artıq istifadə olunmur. Ölkəmizdə qurulan təkrar emal fəaliyyətləri təəssüf ki yetərli deyil. Əslində, yenidən emal olunduğunu zənn etdiyimiz plastiklər bir tərəfdən təkrar zibilliklərə qayıdır. Onsuz da plastiklər molekul quruluşları baxımından sonsuzadək emal oluna bilən məhsullar deyil. Yaxşı, bəs nə edəcəyik? Tərkibində plastik olan məhsullardan istifadə etməməliyikmi? Təbii ki, yox! Əlbəttə, sağlamlığımız üçün steril olan məhsulları yeyib-içəcəyik. Əlbəttə, plastikləri işlətməyə davam edəcəyik. Lakin həmin plastikləri yox eləməyin də bir yolu olmalıdır!
Yeni üsullar ümid vəd edir!
Plastikin dünyamızda bu qədər uzun müddət yer zəbt etməsinin səbəbi, parçalanması üçün istifadə olunan enerji miqdarının həddindən çox olmasıdır. Bir çox tədqiqatçı plastikkərin ən yaxşı və doğru şəkildə parçalanması üçün hər keçən gün tədqiqatlarını artıraraq yeni üsullar kəşf etməyə çalışırlar.
Təbii polimer olan köhnə yemək yağının 3D printerlər üçün bioloji cəhətdən həll ola bilən rəsm halına gətirilə bildiyini bilirik. Başqa tullantı maddələri də qrafin istehsalında işlədilir. Bioplastiklərin də sürətli emalını təşkil edə biləcək texnik üsullar kəşf olunur. Kimyəvi təkrar emal, mexaniki təkrar emal prosesini dəstəkləyəcək.
Plastik yeyən bakteriya?
Bəli, plastik yeyən bakteriya. Yenə bir çox tədqiqatçılar bakteriyaların plastikləri yeməsi üsullarını inkişaf etdirməyə çalışırlar. Həmin proses yetəri qədər mütəxəssislik bacarığı, pul və çox uzun vaxt tələb edən bir prosesdir. Bu gün, bu bakteriyalar ticari olaraq istifadəyə başlanmış və hələ də inkişaf etdirilməkdədir. Əslində, bu plastikləri ən aşağı büdcə səviyyəsində həll etməyin yolu bilinir. Əgər doğru katalizatorlar istifadə olunsa, bu proses çox daha səmərəli şəkildə irəliləyə bilər. Plastik yeyən bakteriyalar dünyamıza ümid işığı yayır.
Mənbə: dove.com
Tərcümə etdi: Aytac Musayeva
