
Sosial şəbəkələrdə bəzi istifadəçilər ev heyvanlarının və sahibsiz heyvanların zəlzələdən əvvəl israrla səs-küy saldıqlarını bildiriblər. Bu o deməkdir ki, heyvanlar zəlzələni hiss edir?
İnsanlar 20-20 min herts diapazonunda səsləri qəbul edə bilirlər. Əksər seysmik dalğaların tezliyi 20 herts-dən azdır. Buna görə də dalğaların özləri çox vaxt eşidilmir. Belə zəlzələlərdə insanların eşitdiyi səs-küy daha çox binaların sınması nəticəsində yaranır. Digər tərəfdən, eşidilən diapazonda zəlzələlər mümkündür. Bunlar gurultu kimi eşidilə bilər.
Heyvanlar zəlzələni hiss edir?
Bəzi insanlar itlərin və ya pişiklərin insanların eşitmədiyi zəlzələ səslərini və ya titrəmələri hiss edə bildiyinə inanırlar. Lakin ekspertlərin fikrincə, bu, təsdiqlənmiş məlumat deyil. Elmi araşdırmalarla hissetmə qabiliyyəti insanlardan çox yüksək olan heyvanların zəlzələdən bir neçə gün əvvəl zəlzələnin yaratdığı elektromaqnit sahəsini qorxutduğu məlum bir həqiqətdir.
1996-cı ildə Osaka Universitetinin Yer və Kosmos Elmləri laboratoriyasında aparılan təcrübədə süni şəkildə yaradılmış elektromaqnit sahəsinə yerləşdirilən heyvanların reaksiyaları tədqiq edilərkən heyvanların zəlzələni əvvəlcədən hiss etdikləri, çaxnaşma halında qaçdıqları və narahat olduqları sübut edilmişdir.
Suda yaşayan heyvanlar da zəlzələni hiss edir?
H. Tamer Dodurka “Su heyvanları suda kimyəvi dəyişikliklərə son dərəcə həssas olduqları üçün zəlzələni əvvəlcədən asanlıqla hiss edə biləcəklərini düşünürlər”, - deyib.
Zəlzələ proqnozu mərkəzlərində heyvanların davranışlarından necə istifadə edildiyi barədə məlumat verən Prof. Dr. Dodurka qeyd edib:
"Ümumiyyətlə, iki üsuldan istifadə olunur, birincisi, mobil şəbəkələr vasitəsilə təbiətdə məlumat ötürən müşahidəçilər şəbəkəsi yaratmaq, ikincisi isə nəzarət edilən şəraitdə saxlanılan heyvanların davranışlarını izləməkdir. Bu tədqiqatlar arasında biz ən yaxşı nümunəni Çində görə bilərik. Çin Dövləti 1970-ci ildən etibarən mümkün zəlzələyə qarşı kütləvi hazırlıq proqramına başlayıb. 1974-cü ildə zəlzələ gözləntisi artdıqda, heyvanların davranışı, su ehtiyatları, hava və suyun temperaturu, bitkilər kimi zəlzələnin mümkün prekursorlarını müşahidə etmək üçün mindən çox müşahidəçi təyin edildi. 1974-cü ilin dekabrında heyvanların hərəkətindəki anomaliyalara görə yaşayış məntəqələri boşaldılmış və baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində heç kim xəsarət almamış, 10 milyon insan mütləq ölümdən xilas edilmişdir. Lakin sonrakı zəlzələlərdə heyvanlar eyni performansı göstərmədilər”.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aytac Musayeva
