Bu gün:

Çayı kim kəşf edib?



Çay ölkəmizdə və dünyada ən çox istifadə edilən içkilərdən biridir. Çay bir çox ölkələrdə məşhur bir içki olsa da, onun bu qədər gec gəlməsi çoxlarını təəccübləndirir. Demək olar ki, istənilən vaxt içilə bilən çay ölkəmizdə çox məşhur içkidir. 

Çay günün istənilən vaxtında içilə bilən və hər kəs tərəfindən sevilən ən vacib içkilərdən biridir. Demək olar ki, bəyənməyəni olmayan çay insanı çox rahat edən içkidir. Mövcud olduğu dövrdə dərman kimi də istifadə edilmişdir.

Çayı kim kəşf edib?

Çay eramızdan əvvəl 2737-ci ildə Böyük Çin imperatoru Şen Nunq tərəfindən kəşf edilib. Bu kəşf təsadüfi olsa da, uzun illərdir ki, xüsusilə, Çində geniş şəkildə istifadə edilir. Bir gün Şen Nunq bağçada açıq qabda su qaynadarkən kolların bir neçə yarpağı qaynayan suya düşüb. Yarpaqlar sudan yığılmazdan əvvəl ətrafa gözəl qoxu yayılır və imperator bu bitki mənşəli suyu içir. Sonra çox xoşuna gəlir.


Çay nə vaxt kəşf edilib?

İlk dəfə Çində kəşf edilən çay dünyada ən çox qəbul edilən içkilər sırasındadır. Eramızdan əvvəl 2737-ci ildə Çin imperatoru Şen Yunq tərəfindən təsadüfən kəşf edilmiş içkidir. Çay Avropaya 1610-cu ildə gəlib. Onun Türkiyəyə gəlişi 19-cu əsrin sonlarına təsadüf edir. 


Mənbə: Hürriyet 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et