Avtoservis mərkəzində karbohidrogenlərin, antifrizlərin və yüzlərlə digər kimyəvi birləşmələrin qoxusunu ala biləcəyiniz məqamı səbirsizliklə gözləyirsiz? Alimlər bunun səbəblərini kifayət qədər qeyri-adi yollarla izah edə bilib.
Benzinin buxarını tənəffüs etmək sağlamlıq üçün təhlükəlidir. Ancaq çox sayda insan bu qoxunu sevir. Benzin xarakterik qoxusunu yanacaq səmərəliliyini yaxşılaşdıran bir birləşmə olan benzoldan alır. Benzolu qoxulamaq, hətta az qoxulamaq belə ziyandır.
1800-cü illərdə benzoldan kosmetika və ətriyyatda ətir kimi istifadə edilirdi, lakin sonradan onun kanserogen olduğu sübut olunduğu üçün bu istehsal üsülundan imtina edildi.

Alimlər hesab edir ki, insanların benzin qoxusunu bəyənməsinin səbəbini uşaqlıq xatirələrində və nostaljidə axtarmaq lazımdır. Burnumuz tanış bir qoxu qəbul edərkən, xatirələr canlana bilər. İynə qoxusu sizi xəstəxanadakı hansısa xatirənizə apara və ya alma piroqunun ətri sizi tətil üçün nənənizin evində olduğunuz vaxtlara qaytara bilər. Tibbdə buna bir vaxtlar çaya batırılmış peçenyenin qoxusunu “uşaqlıq xatirələri” kimi təsvir edən Marsel Prustun adı ilə Prust fenomeni adlandırırlar.
Olfaktör sinirlər benzolu hiss etdikdə, mezolimbik sistem dopamin hormonunu aktivləşdirir. Əslində beyin bizə deyir : “Bəli, məni qoxlamaq yaxşıdır! Gəl bir də təkrarlayaq!"
Mezolimbik yol, təxmin etdiyiniz kimi, asılılığın neyrobiologiyasında əsas oyunçudur. İstər video oyunları, istərsə də benzin olsun, bu yol özünü gücləndirən əks əlaqə dövrəsini yaradır. Buna görə də unutmayın: benzin buxarlarını tənəffüs etmək təkcə zərərli deyil, həm də çox zərərlidir. Heç vaxt bunu etməyin!
Mənbə:maximonline.ru
Tərcümə etdi:Leyla Bayandurlu
