Bu gün:

Baxımlı saçlara sahib olmağın sirləri


Saç baxımı kişilər və qadınlar üçün çox xüsusi bir məqamdır. Parlaq, canlı və dolğun saçlar sayəsində insan özünü daha yaxşı hiss edir. Saçların ən yaxşı şəkildə qidalanması və böyüməsi üçün evdə vaxtaşırı saç baxımı edilməlidir. 

Düzgün şampun seçin

Saça qulluq necə olmalıdır deyənlər üçün ilk növbədə şampundan danışmaq istərdik. Saçlarınıza ən uyğun şampunu seçdiyiniz zaman uzun və canlı saçlara sahib ola bilərsiniz. Əgər saçlarınız uzun müddətdir boyanıbsa, boyanmış saçlar üçün şampunla, quru və zədələnmiş saçlarınız varsa, xüsusi şampunla yumalısınız. Saçlarınız çox yağlıdırsa, nəmləndirici şampunlardan uzaq durmalısınız.


Suyun temperaturu saç baxımı tövsiyələri siyahısında çox vacib bir məqamdır. Saçınızı çox isti su ilə yusanız, dərinin qıcıqlanmasına səbəb ola bilər. Həmçinin saçınızı çox soyuq su ilə yusanız, mövcud kir və yağı təmizləmədiyiniz üçün dağınıq saçlara sahib olacaqsınız. Sağlamlığınız üçün saçlarınızı mütəmadi olaraq ilıq su ilə yumağınız məsləhətdir. 


Əgər həmişə saçınıza istilik tətbiq edirsinizsə, müəyyən müddət ərzində düzləşdirici alətdən, quruducu maşından uzaq durmalısınız. Saçlara "dinclik vermək" və öz formasında saxlamaq məsləhətdir. Heç bir müalicə olmadan keçən müddət ərzində saçlar canlanır. 


Bitki yağlarından istifadə edin

Saç baxımı üçün nə edəcəyini düşünənlərə təbiətin təklif etdiyi bitki mənşəli yağlardan istifadə etmək tövsiyə olunur. Saçınıza həcm verən arqan yağı, nəmləndirici kakos yağı, quruluğun qarşısını alan badam yağı istifadə edilməlidir. Saç maskalarını alarkən qeyd etdiyimiz bitki mənşəli yağların tərkiblərində olub-olmadığına diqqət etməyiniz tövsiyə olunur.

Saç baxımı təbii üsulla ediləcəksə, qurutma prosesi də çox az olmalıdır. Saç qurutma maşınının temperaturu yüksək səviyyədə olmamalıdır. Saçlar yüksək temperaturda qurudulduqda istidən qırılma və yanma baş verə bilər. Sağlam saçlar üçün orta istilikdə qurutma və düzləşdirmə tövsiyə olunur. 

Saç üçün nəmləndirici istifadə edin 

Saçlarınız son vaxtlar çox quruyubsa və daranarkən tökülmə baş verirsə, dərhal saç nəmləndiricisindən istifadə etməyə başlamalısınız. Şampundan sonra istifadə edəcəyiniz saç nəmləndiricisi sayəsində saçlarınız yumşaq və parlaq olacaq. 


Vitamin E qəbul edin 

Sağlam saçların sirri E vitaminində gizlidir. Vitamin E saçların böyüməsinə, qidalanmasına və canlanmasına kömək edir. Badam, fındıq, fıstıq, zeytun və kakos yağı kimi tərkibində E vitamini olan qidaları qəbul edərək evdə saç baxımını davam etdirə bilərsiniz .

Saç maskasını mütəmadi olaraq tətbiq edin

Evdə saçınıza qulluq edərkən həmişə maska çəkin. Yalnız yuyulma və şampun kifayət etməyəcəyi üçün hər həftə saçınıza uyğun saç maskası etmək tövsiyə olunur. Saç maskası hazırlayarkən ilk növbədə saçınızı darayın. Sonra seçdiyiniz saç maskasını saçınıza kökdən ucuna qədər çəkin. Saç maskasının tərkibindən asılı olaraq ən azı 30 dəqiqə gözləyin. Gözlədikdən sonra maskanı təmizləmək üçün ilıq sudan istifadə etmək məsləhətdir. 


Saçınızı evdə boyayarkən kimyəvi maddələrdən təmizlənmiş boyaları seçməlisiniz. Saçlarınızı təbii boyalarla boyasanız, saçlarınız daha az zədələnər. Saçların rənglənməsi prosesindən sonra mütləq qulluq kremi sürtün. Baxım kremi boyanın saçınızda yaradacağı sərtliyin qarşısını alacaq.

Mənbə: Nefis yemek tarifleri 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et