Bu gün:

Sənətin insanlara psixoloji təsiri



Sənətin psixoloji təsirləri insan varlığından bəri müzakirə olunan bir mövzudur. Sənətin psixoloji təsirləri insanlara müxtəlif yollarla təsir edə bilər və emosional, idrak və davranış səviyyələrində bir çox faydalar təmin edə bilər. İnsanlar öz duyğularını sənət vasitəsilə ifadə edirlər.

 İncəsənət insanlara yaşadıqları duyğuları ifadə etməyə kömək edə bilər və emosional rahatlama təmin edə bilər. Art-terapiyada istifadə olunan bir çox texnika insanların emosional problemlərini həll etmək üçün nəzərdə tutulub. Məsələn, rəsm çəkmək, yazmaq və ya musiqi ilə məşğul olmaq insanlara öz hisslərini ifadə etməyə kömək edə və emosional rahatlama təmin edə bilər. İncəsənət də idrak faydaları təmin edə bilər. Məsələn, musiqi, rəsm və ya yazı ilə məşğul olmaq insanlara zehni bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər. İncəsənətlə məşğul olmaq yaddaşı gücləndirə, problem həll etmə bacarıqlarını inkişaf etdirə və yaradıcılığı artıra bilər.  İncəsənət həm də düşünmə və planlaşdırma bacarıqlarını təkmilləşdirir. Sənətin psixoloji təsirləri insanların davranışlarına da təsir edə bilər. Məsələn, art terapiya stress və ya emosional problemləri olan insanlara davranışlarını idarə etməyə və özlərini ifadə etməyə kömək edə bilər. Bundan əlavə, incəsənətlə məşğul olmaq insanların özünə inamını artıra və daha müsbət mənlik duyğusunu inkişaf etdirməyə kömək edə bilər. 

İncəsənətin psixoloji təsirləri təkcə art-terapiya kimi müəyyən bir məqsəd üçün istifadə edildikdə deyil, həm də insanların gündəlik həyatlarında sənətlə qarşılıqlı əlaqədə olduqda da görünür. Məsələn, bir musiqi parçasına qulaq asmaq və ya rəsm sərgisini ziyarət etmək insanların emosional vəziyyətlərini dəyişdirə və onları xoşbəxt, dinc və ya ilhamlandıra bilər. Sənətin psixoloji təsiri hər kəs üçün fərqlidir. Fərqli insanlar müxtəlif sənət və ya texnikalarla qarşılıqlı əlaqədə olduqda fərqli faydalar əldə edə bilərlər. Bəzi insanlar musiqi finləyərkən özlərini daha xoşbəxt hiss edir, bəziləri isə rəsm çəkərkən özlərini daha rahat hiss edə bilərlər. Ona görə də sənətin psixoloji təsirlərindən istifadə fərdi maraqlara uyğun aparılmalıdır.


Mənbə: Gazete Sanat
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş