Bu gün:

İşıqfor necə yarandı?


İşıqforlar nəqliyyatı idarəli şəkildə istiqamətləndirmək üçün lazım olan nöqtələrdə xəbərdarlıq cihazlarıdır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ilk işıqfor avtomobillərin meydana çıxmasından çox əvvəl, 1868-ci ildə Londonda istifadə edilib. 

İlk işıqforlar Londonun Parlament meydanında, Bridge Street və New Palace Yard küçəsinin kəsişdiyi küncdə yeddi metr hündürlüyündə olan dəmir sütunlara qoyulmuş və 10 dekabr 1868-ci ildə istifadəyə verilib. Qurulmasına şəxsən London polis rəisi Riçard Meyn tərəfindən nəzarət edilən bu ilk işıqfor parlamentarilərin parlament binasına daha təhlükəsiz çatmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuşdu.

Təbii ki, ilk işıqfor indiki kimi avtomatik deyildi. Polis məmuru dolama qolu ilə rəngləri dəyişir, bu yolla asayişi qorumağa çalışırdı. "Saxby and Farmer" şirkəti tərəfindən qurulan bu ilk işıqforda qırmızı və yaşıl işıq fırlanırdı.  Qırmızı "dayan" və yaşıl "ehtiyat" mənalarını ifadə edirdi.

Mənbə: Hürriyet
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et