
Bu, insanları yüz illərdir maraqlandırır. Bir fikir odur ki, o, səmanı əks etdirir. Sahildən günəşli bir gündə tünd mavi görünə bilir və ya fırtınalı zaman boz və ya hətta günəşin doğuşu və ya qürub zamanı parlaq çəhrayı rəngə çevirilir. Ancaq səthin altına batsaq, mavi rəng qalır. Burada su səmanı əks etdirmir. Mavi rəngi suyun özü yaradır.
Günəş işığı qırmızıdan bənövşəyə qədər görünən rənglərin tam spektrini və aralarındakı bütün göy qurşağını ehtiva edir. İşığın müxtəlif rəngləri fərqli dalğa uzunluqlarına malikdir. Qırmızı işığın dalğası daha uzundur. Digər rənglər getdikcə daha qısa dalğa uzunluqlarına malikdir, ən qısası mavi və bənövşəyidir.
İşıq suda parıldadıqda daha uzun dalğa uzunluğuna malik rənglər su tərəfindən udulur, ən uzun dalğa isə əvvəlcə udulur. Suyun altından bir neçə metrdən çox olan kimi qırmızı və narıncı rənglərin əksəriyyəti tamamilə yox olur. Yanında sarı və yaşıl rənglər olur. Mavi və bənövşəyi rənglər isə görünən işığın ən qısa dalğa uzunluqlarına malikdirlər, buna görə də ən dərinə nüfuz edə bilirlər. Onlar təkcə ətrafda qalmırlar, həm də suyun içindəki hissəciklər tərəfindən səpələnirlər və suyun özü mavi görünür.
Mənbə: whoi.edu
Tərcümə etdi: Gülnisə Əfkari
