Bu gün:

Limon suyunun faydaları nələrdir?


Limon suyunun faydaları nələrdir?

Süfrələrimizdə salatlara, qəlyanaltılara və desertlərə ləzzət qatan limon sitrus ailəsinə aid bir meyvədir. Limon xoş ətri və tərkibindəki maddələrə görə təmizlik məhsulları və kosmetika kimi bir çox sahədə istifadə olunur. Limonun həm qabığı, həm də suyu istifadə edilə bilər. Limon qabığı ətri və rənginə görə tort və desertlərdə istifadəyə üstünlük verilir, limon suyunun faydaları və istifadə sahələri kifayət qədər genişdir. 

Limonlu su nəyə faydalıdır?

 Qidalanmada ilk növbədə suyun həyati əhəmiyyəti var. Ən həyati fəaliyyətləri üçün hər kəsin gündə orta hesabla 2,5 - 3 litr su qəbul etməsi vacibdir. Su qəbulunu asanlaşdırmaq üçün bəzi tərəvəz və meyvələrdən istifadə edilə bilər. Limonlu su, soyuducu təsiri olan, əlavə antioksidant və C vitamini mənbəyi olan limon suyunu birbaşa içməli suya əlavə etməklə əldə edilir. 

Limonlu su qəbulu şəkərli və qazlı içkilərin qəbulunu azaltmağa kömək edir. Limonlu su içməyin faydaları bununla bitmir. Limon suyu qəbulu tərkibindəki C vitamini sayəsində bədəndə kollagen sintezinə kömək edir. Dəmirin udulmasını artırmağa kömək edərək anemiyanın qarşısının alınmasında rol oynayır. İmmuniteti dəstəkləyir. Soyuqdəymə, qrip kimi xəstəliklərdə qəbul etmək faydalıdır. Limonun tərkibindəki sitrat böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Limon revmatik xəstəliklərin müalicəsində də təsirlidir. Dəri sağlamlığına faydalı olduğu üçün saç baxımı üçün də tez-tez limon seçilir. Tərkibindəki bioflavonoidlər sağlamlıq üçün vacibdir.

Limon suyunun faydaları nələrdir?

 Gündəlik olaraq tez-tez istifadə edilən limonun dəri sağlamlığından böyrək sağlamlığına qədər faydaları çoxdur.

● Daimi qəbul edildikdə arıqlamağa kömək edir.

● Tərkibindəki C vitamini ilə immuniteti dəstəkləyir. Soyuqdəymə və tənəffüs yoluxucu xəstəliklərin müalicəsinə əlavə olaraq istifadə edilə bilər.

● Limon suyu tərkibindəki sitrat sayəsində böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Böyrək sağlamlığını dəstəkləyir.

● Dəmirin udulmasını artıraraq anemiyanın qarşısını alır.

● Kollagen sintezini dəstəklədiyi üçün dəri sağlamlığı üçün faydalıdır.

● Bədəndən toksinləri və ödemi çıxarmağa kömək edir.

● Həzm sistemini düzəltməyə kömək edir.

● Qaraciyər funksiyalarının işləməsini dəstəkləyir.

● Su qəbulunu asanlaşdırır.

● Ürək-damar xəstəliklərinin qarşısının alınmasında rol oynayır.

 Limon suyunun qida dəyəri nədir?

 50 qram limonun suyunun kalorili dəyəri 12 kkaldır. 0,2 qram lif olan limon suyunun tərkibində 1,13 qram meyvə şəkəri var. 0,18 qram protein olan limon suyunun tərkibində 58 mq kalium var. 

Mənbə : Medicalpark. com. tr 

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et