Bu gün:

Soxulcanların fiziologiyası


Soxulcan növləri müxtəlif iqlim və torpaq tiplərinə görə fərqli yerlərdə olurlar.

Bu qurd müxtəlifliyi qurd növləri arasındakı geniş fizioloji fərqlər nəticəsində yaranır.

Qurdlar bədən səthlərindən oksigeni bədənə çəkərək və karbon qazını xaric edərək nəfəs alır. Oksigen bədən səthində seliklə əriyir və sonra bədən divarındakı çoxşaxəli kapilyar qan damarlarına keçir və burada tənəffüs piqmenti tərəfindən qəbul edilir, daxili orqanlara daşınır. Əgər həll olunmuş oksigen səviyyəsi kifayət qədər yüksəkdirsə, qurdlar suda uzun müddət yaşaya bilər. Qurdlar insanlar, itlər və mal-qara kimi sabit bədən istiliyini saxlaya bilmir. Bu o deməkdir ki, temperatur yüksəldikcə tənəffüs sürəti də artır. Artan tənəffüs dərəcələri metabolik sürətin artması deməkdir. Bu, artan enerji tələbatı deməkdir. Bu da o ,deməkdir ki, qurdların artan qidalanma nisbətlərinə ehtiyacı var, qurdlar öz bədən toxumalarında olan ehtiyatlardan istehlak etməlidirlər. Temperaturun aşağı düşməsi üçün bunun əksi doğrudur. Qurdlar qida maddələrini müxtəlif yollarla üzvi maddələrdən alırlar. İndiyə qədər məlumdur ki, bitki tullantıları, ibtidailər, rotiferlər, nematodlar, bakteriyalar, göbələklər və digər heyvanların çürüyən qalıqları qurd yemidir. Metabolik məhsulların xaric edilməsi bağırsaq vasitəsilə həyata keçirilir. Qan dorsal toplayıcı damar vasitəsilə dövr edir, pulsasiya edən ürəyə doğru axır, burada qarın damarlarına vurulur, oradan isə yenidən baş və bədənin bütün hissələrinə vurulur.

Qurd növlərində işığa həssas strukturlar müəyyən edilib. Qurdlar, həmçinin turşuluq, nisbi rütubət, toxunma, qidalar (kimyəvi maddələr) fərqlərini çox aydın şəkildə aşkar edə bilir.

Eyni növlər bədənin amputasiya edilmiş hissələrini bərpa edə bilər. Quyruq seqmentlərinin bərpası baş seqmentlərindən daha asan baş verir. Yenilənə bilən seqmentlərin sayında məhdudiyyət var, lakin bu say növdən növə dəyişir. Heç bir məlum qurd növü yarıya bölünsə, 2 canlı qurd yarana bilməz. 

Mənbə: Rivasol

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş