Bu gün:

Rəng korluğu necə yaranır?


Rəng korluğu çatışmazlığının əlamətləri hansılardır?

Rəng görmə çatışmazlığının əsas əlaməti rəngləri insanların çoxunun gördüyü kimi görməməkdir. Rəng görmə çatışmazlığınız varsa, aşağıdakıları görməkdə çətinlik çəkə bilərsiniz:

1.Rənglər arasındakı fərq

2.Parlaq rənglər

3.Rənglərin müxtəlif çalarları

Rəng görmə çatışmazlığının simptomları çox vaxt o qədər yüngül olur ki, onları fərqləndirmək çətinləşir. Buna görə rəng görmə çatışmazlığı olan bir çox insanlar bunun olduğunu bilmir və insanlar adətən rəng gördükləri fərqliliklərə uyğunlaşırlar.

Rəng görmə çatışmazlığının çox ciddi halları olan insanlarda başqa simptomlar da ola bilər: yan-yana göz hərəkətləri və ya işığa həssaslıq.

Rəng korluğu riski necə yaranır?

Kişilərdə rəng görmə çatışmazlığı riski qadınlara nisbətən daha yüksəkdir. 

Əgər ailənizdə rəng görmə çatışmazlığı, müəyyən göz xəstəlikləri, diabet, alzheimer xəstəliyi və ya dağınıq skleroz kimi müəyyən sağlamlıq problemləriniz varsa, rəng korluğu olma ehtimalınız da yüksəkdir. 

Rəng korluğuna nə səbəb olur?

Rəng görmə qüsuru olan insanların əksəriyyəti doğuşdan bu problemlə doğulur. Bunun səbəbi rəng korluğunun ən çox yayılmış növlərinin genetik olmasıdır. Rəng görmə çatışmazlığı retinanın (gözün arxasındakı işığa həssas toxuma təbəqəsi), optik sinirin (gözü beyinlə birləşdirən) və ya beynin özünün zədələnməsi səbəbindən də baş verə bilər. 

Rəng görmə çatışmazlığına səbəb ola biləcək bəzi şeylər bunlardır:

Torlu qişa dekolmanı (torlu qişa gözün arxasındakı normal vəziyyətindən uzaqlaşdıqda), lazerin səbəb olduğu göz zədələri, bəzi növ beyin şişləri - xüsusən də optik sinirə təsir edən və ya beyinə təzyiq göstərən şişlər, radiasiya müalicəsi. 

Mənbə: Nei.nih

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş