
Kosmonavlar üçün ən yaxşı seçim sudur. Kosmosda istifadə üçün uyğun olmayan içkilər arasında süd və spirt də var.
Bir çox səbəblərə görə ISS-də içki içmək qəti qadağandır. Əvvəla, sərxoş bir astronavtın kosmosda uçan milyard dollarlıq kosmik stansiyanı idarə etməsi yaxşı fikir deyil. Bundan əlavə, etanol uçucu birləşmədir və ISS-də qiymətli avadanlıqları zədələyə bilər. Buna görə də tərkibində spirt olan məhsullar, məsələn, ağız qarqaraları və əl təmizləyiciləri də qadağandır.
Təbii ki, müxtəlif içki qarışıqlarını suya qataraq istifadə etmək mümkündür.
Kosmosda üstünlük verdiyiniz isti içkiyə krem, şəkər və ya tatlandırıcı əlavə etməyin ayrı bir yolu yoxdur. Buna görə də ISS-də olan hər bir astronavt buraxılışdan əvvəl qida elmi komandasına içkilərini necə bəyəndiklərini bildirməlidir. Daha sonra dadlarına görə hazırladıqları quru qarışığa su əlavə etmələri kifayətdir.
Mənbə: matematiksel.org
Tərcümə etdi: Sevil İsmayılova
