Rusiya amerikalı senatoru ölkəyə buraxmır - AÇIQLAMA

Rusiya amerikalı senatoru ölkəyə buraxmır - AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi ABŞ senatoru Ron Consonun Rusiyanın ona viza verməməsi barədə açıqlamasına münasibət bildirib.

Nazirlikdən verilən məlumata əsasən, Rusiya nümayəndələrinin ABŞ-a daxil olmasına qadağa qoyulmasına cavab olaraq Conson da qara siyahıya salınıb.
“Buna informasiya manipulyasiyası deyilir. Conson qara siyahıda olduğunu çoxdan bilirdi”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin Məlumat və Mətbuat İdarəsindən verilən məlumatda deyilir.
24media.az "RussiaToday"-a istinadən bildirir ki, nazirlik ABŞ senatorunun viza üçün müraciət etmədiyini də vuğulayıb.
“Ron Conson hər şeyi müraciətdən sonra rədd edildiyi kimi qələmə verib”, – deyə Xarici İşlər Nazirliyi bildirib.