Həyatımızda çoxlu təsadüflər olur. Bəziləri o qədər xoşdur ki, baş verəndən sonra bir müddət o təsadüfün necə baş verdiyini düşünürük. Xüsusilə iki insanın təsadüfən qarşılaşıb bir-biri ilə yaxınlaşdığı bu vəziyyətə okean effekti deyilir. Amma təbii ki, bununla da bitmir. Görüşdüyünüz insan həyatınızın sevgisi və ya uzun illər davam edəcək dostluğun başlanğıcı ola bilər. Bu qarşılaşmalardan sonra hər iki tərəfin həyatında böyük dəyişikliklər baş verirsə, bu, okean effektidir.

Cəmiyyətdə olduqca tez-tez baş verən hadisədir.
Bəzən yeni tanış olduğumuz insanlarla söhbət edəndə sanki onları uzun illərdir tanıdığımızı hiss edirik. Bəlkə də yeni tanış olsaq da, onun nəyi bəyənib, nəyi bəyənmədiyini təxmin edə bilərik. Bu cür hallar bizə möhkəm dostluq münasibətlərinin başladığını göstərir. Üstəlik, bunlar çox maraqlı bir təsadüf nəticəsində yaranıb. Təsadüfən rastlaşan insanlar bir-birlərinə daha çox bağlanırlar. Çünki bu vəziyyət təmənnasız başlayıb. Ona görə də onun dəyəri çox yaxşı bilinir. Bu, bizi həyatın təsadüflərinə inandıran okean effektinin təfərrüatları arasındadır.
• Güzgü Qanunu
Güzgü qanunu qarşılıqlı etibarı təmsil edir. Sadiqlik, təqdir, səmimiyyət və qeyd-şərtsiz dəstək kimi emosional hədiyyələr dostlar və ya həyat yoldaşları arasında çox güclü bir əlaqə yaradır. Əgər bu güzgü kimi qarşılıqlı olaraq baş verirsə, “Güzgü Qanunu” yaranıb deməkdir.
• Axarına buraxmaq
Bəzən nə qədər istəsək də arzularımız, məqsədlərimiz həyata keçmir. Düşünürük, dua edirik, bunun baş tutması üçün çalışırıq və ya hesablamalar aparırıq. Sonradan işlər yaxşı getmir və zəhmət boşa gedir. Atdığımız o hesablanmış addımlar nəticəsində həyatımıza gətirdiyimiz insanlar bir-bir yox olurlar. Elə bu anda baş verənləri qəbul etmək və suya müqavimət göstərməkdənsə, yeni bir yol cızmaq çox vacibdir. Suyun axını ilə özümüzü buraxmaq sonda bizi doğru yola aparacaq. Çünki suda ən çox mübarizə aparanın ən asan boğulduğu məlumdur.
• Əks təsir
Təbii ki, təsadüfən rastlaşdığımız insanlarla həyat boyu bağlı olmaq gözəl hissdir. Ancaq bəzən həyatımıza girən insanlar düşündüyümüz kimi uzunmüddətli əlaqələrin başlanğıcını qoymaya bilər. Daha əvvəl okean effekti ilə yaranan əlaqələr "Kaş ki, olmayaydı" kimi bir cümlə istifadə etməyimizə səbəb ola bilər. Ancaq doğru insanlarla birlikdə olmaq üçün bəzən yanlış insanları tanımaq lazım ola bilər. Çünki əvvəlki təcrübələr yolumuzu daha da işıqlandıra bilər. Vaxtı gələndə yeni tanış olduğunuz insanlar keçmiş təcrübələrinizi sizə unutduracaqlar.
• Fırtınaya sinə gərmək
Sakit bir limana bel bağlamaq üçün tufana cəsarət etmək lazım ola bilər. Planlarımızdan vaz keçmək bəzən bizim üçün yeni qapılar açır. Çünki okeanın sonu yoxdur.
Mənbə: dergiCE
Tərcümə etdi: Aysel Qasımova
