Bu gün:

Köçəri həyat tərzi


Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi deməkdir. 

Köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, ictimai va mədəni inkişafına mənfi təsir göstərirdi.

Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçərilikdir. Horizantal köçəriliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar.

İkinci qismi köçəriliyə vertikal köçərilik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar.

Uzaq məsafələrə köçlər çadır-arabalar şəklindəki kağnılar üzərində gerçəkləşmişdir. Türklər yüzillər boyunca atlar və kağnılar üzərində nəhəng Avrasiya qitəsini bu ucundan o ucuna fəth etmişlər.

Qərblilərin "köçəri" damğası vurduğu, aşağı mədəniyyət səviyyəsi kimi baxdığı bu mədəniyyət ünsürü qəsdən və bilərəkdən geri qalmış, gəlişməmiş bir mədəniyyət olaraq göstərilmişdir. "Barbar köçərilərin" yaşadıqları vəhşi çöl dedikləri yerləri bilərək mədəniyyətdən uzaq bölgələr olaraq göstərmiş, böyük Fərabilərin yetişdiyi Otrari, Dəşti-Qıpçaq çölünü bilərək görməzlikdən gəlmişlər.

Köçəriliyin tarixi

Bir zamanların ən qüdrətli dövlətlərini yaradan köçərilərin dövlətçiliyinin təsadüfi səciyyə daşıdığı fikri rus tarixşünaslığında tanınmış şərqşünaslar V.Radlov və V.Bartold tərəfindən fərziyyə şəklində hələ XIX yüzilin sonları - XX yüzilin əvvəllərindən formalaşdırılmışdır. Sonraki dövrlərdə köçəri cəmiyyətlərin ictimai-siyasi inkişafı məsələsinə münasibətdə sovet dövrü tarixçiləri arasında nə qədər fikir müxtəlifliyi olsa da, köçəri dövlətlərin varlığı faktı etiraf olunurdu.

Türk etnik ümumiliyinin formalaşmasının tarixini müəyyənləşdirən S. Q. Klyaştornı yazır: "Stereotiplərin ən intensiv formalaşması qədim türk dövründə, yəni eramızın birinci minilliyinin ikinci yarısında təsərrüfat fəaliyyətinin optimal formalarının (köçəri və yarım köçəri heyvandarlıq) müəyyənləşməsi, əsasən maddi mədəniyyət kompleksinin (yaşayış evləri, geyim, nəqliyyat vasitələri, qida, bəzək əşyaları və s.) yaranması, məşhur ənənəvi mədəniyyət, sosial ailə təşkilatının, xalq etikasının, tətbiqi sənət və folklorun müəyyənləşib başa çatdığı zaman baş vermişdir".

Mənbə: dove.com

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et