Adını eşitdikdə belə üzümüzdə təbəssüm yaradan şokolad beyindəki serotonin səviyyəsini artıraraq xoşbəxtlik verən qidadır. Həm sadə, həm də şirniyyatda istifadə edilən bu qida südlü, acı, ağ, püstəli və fındıqlı sortları ilə hazır şəkildə satılır. Ancaq bu dəfə hazır şokoladlardan istifadə etmək əvəzinə evdə öz əlinizlə hazırlaya biləcəyiniz ləzzətli şokolad reseptini sizinlə paylaşırıq. Kakao tozu ilə hazırlanan bu şokoladları dondurucuda dondurduqdan sonra dadıb qəhvə ilə süfrəyə verə bilərsiniz.

Məmulatlar:
2/3 stəkan süd
2 stəkan kakao tozu
1/2 fincan şəkər tozu
3/4 fincan kərə yağı
1/4 çay qaşığı duz
Necə?
Əvvəlcə yumşaldılmış kərə yağı və kakao tozunu qaba qoyun və qarışdırın. Kakao tozu və kərə yağı pasta konsistensiyasına çatana qədər qarışdırmağa davam edin. Qarışığı istiliyədavamlı bir qaba qoyun. İki qabı bir-birinin içərisinə qoyun və sobaya qoyun. Qaba 1 stəkan su tökün. Şokolad qarışığını qabın üzərinə qoyun ki, içinə su düşməsin. Şokolad qarışığını tez-tez qarışdıraraq aşağı istilikdə qızdırın. Şokolad qızdırıldıqda (tam bişməmişdən əvvəl), onu qida prosessoruna qoyun və hamar bir tutarlılıq əldə edənə qədər qarışdırın. Şokoladlı qarışığa yavaş-yavaş süd və şəkər əlavə edin və qarışdırmağa davam edin. İstəyirsinizsə, az miqdarda duz da əlavə edə bilərsiniz. Şokolad qaymaqlı konsistensiyaya çatdıqda, donmağa hazırdır. Buz kubları və adi qəlibləri mətbəx dəzgahına qoyun. Hazırladığınız şokolad qarışığını sıxma torbasından istifadə edərək qəliblərə tökün. Buz qəliblərini soyuducuda şokolad konsistensiyasına qədər təxminən 10 saat saxlayın. Hazırladığınız şokoladların üzərinə şəkər tozu səpərək ləzzət ala bilərsiniz.
Şokolad hazırlayarkən nəzərə alınmalı olanlar
Şokolad hazırlamaq üçün istifadə edəcəyiniz kərə yağı otaq temperaturunda olmalıdır. Şokoladlara klassik kvadrat formasını vermək üçün buz qəliblərindən istifadə edə bilərsiniz. Müxtəlif formalı şokolad qəliblərini onlayn alış-veriş saytlarından və ya şirniyyat, tort bişirmək üçün alətlər satan yerlərdən əldə edə bilərsiniz. Şokoladı qəlibdən çıxarmaq üçün taxta qaşıqdan istifadə edə bilərsiniz. Şokoladın içinə çox süd əlavə etsəniz, o, axıcı olacaq. Bu zaman az-az kakao tozunu əlavə edərək tutarlılığı tarazlaya bilərsiniz. İstəsəniz şokoladlı qarışığa xırdalanmış qoz, fıstıq və fındıq da əlavə edə bilərsiniz.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
