Bu gün:

Ağ şokolad nədən hazırlanır?


Ağ şokolad adətən kakao yağı, süd tozu və şəkərdən hazırlanan şokolad törəməsidir. Ümumiyyətlə, fil sümüyü rənginə malik olan bu şokolad sarı çalarlarda istehsal olunur. Kakao yağının ərimə dərəcəsi kifayət qədər yüksəkdir. 1930-cu illərdə İsveçrədə bir şirkət tərəfindən təqdim edilən ağ şokoladda kakao paxlasının tünd qatı maddələri yoxdur. Bundan əlavə, onun tərkibində teobromin, kofein və vanil stimulyatorları kimi müxtəlif maddələr ola bilər. 

Ağ şokolad nədən hazırlanır?

ABŞ Qida və Dərman İdarəsi, Kanada, İsveçrə və Avropa İttifaqında ağ şokoladın tərkibində olması lazım olan maddələr və onların miqdarı tənzimlənir. Ağ şokoladın tərkibində 20% kakao yağı, 14% süd məhsulları (süd, qaymaq, yağ) və 3,5% süd yağı var. Bu standartlar Türkiyədə də keçərlidir. ABŞ-də şəkərin miqdarının 55%-dən çox olmaması tələbi də var. Bu maddələr birləşdirilərək ağ şokolad əldə edilir.

 Ağ şokoladın digər şokoladlardan fərqi nədir?

Ağ şokoladın ən əhəmiyyətli fərqi onun tərkibində kakao tozu olmamasıdır. Kakao tozu minerallarla çox zəngindir. Tərkibində fosfor, kalsium, maqnezium və kalium var. Bu səbəbdən ağ şokolad digər şokoladlarla müqayisədə mineral tərkibinə görə aşağıdır. Kakao paxlasının tərkibindəki antioksidant xüsusiyyətlər adi şokoladlara da keçir. Lakin kakao yağında bu antioksidantlar yoxdur. Ağ şokoladın tərkibindəki şəkər digər şokoladlardan daha yüksəkdir. 100 qram ağ şokoladın tərkibində orta hesabla 540 kalori var. Beləliklə, ağ şokolad adi şokoladın törəməsi hesab olunur.

Ağ şokoladdan necə istifadə etmək olar?

Ağ şokolad bütün şokoladların ən zərifidir. Əriyərkən çox diqqətli və səbirli olmaq lazımdır. Ərimə prosesində temperatur 40-45 dərəcədən çox olmamalıdır. Daha təhlükəsiz əritmək üçün onu kiçik parçalara ayıraraq qızdırılan maye kremə əlavə etmək kifayətdir. Ağ şokolad tez-tez desertlərin hazırlanmasında istifadə olunur. Ağ şokolad xüsusilə banan, moruq, böyürtkən, badam, portağal, albalı, limon və fındıq kimi çərəzlərlə, meyvələrlə istifadə olunur. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et