Bu gün:

“Uşaqlara ikinci dil öyrətməyin ən gözəl yaşı…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi ailə və uşaq psixoterapevti Aynur İsmayılovadır. O, uşaqlara ikinci dilin neçə yaşında öyrədilməsinin düzgün olduğundan danışıb.

-Sizcə, uşaqlara neçə yaşından ikinci dil öyrətmək düzgündür?

Normalda 3 yaşına qədər uşaq ən çox anası ilə duyğu və emosiya ehtiyacını ödəməyə çalışır. Bu vaxtlar onun dil öyrənmə ehtiyacı yoxdur. Sadəcə anası ilə danışdığı, evdə danışdığı dili öyrənməlidir. Uşaq 4 yaşında sanki yenidən doğulur. Bu zaman uşaq düşüncəsini və davranışını özü öz aləmində, valideynləri ilə ünsiyyətdə, sosial aləmdə, məsələn, bağçaya gedirsə, orada eşitdiklərini, gördüklərini beynində analiz etmə qabiliyyəti ilə artıq hər şeyi öz beynində nizama salmağa çalışır. Ümumiyyətlə, uşağa ana dilindən, ailəsi ilə danışdığı dildən başqa, ikinci dil öyrətməyin ən gözəl yaşı 5 yaşından sonrakı mərhələdir. Bu zaman uşaq artıq öz ana dilini, yəni evində-ailəsində danışma dilini, cümlə qəliblərini, dil qəliblərini qurduğu üçün ikinci dili öyrənməyə özünü sövq edə bilir.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et