Bu gün:

Əzələ formalaşdıran qidalar hansılardır?


Şübhəsiz ki, əzələli bədənə sahib olmaq üçün düzgün qidalanma çox vacibdir. Məşqdən əlavə, qidalanma da  hədəfə daha tez çatmağa kömək edir. Ancaq əzələ kütləsini artırmaq üçün təkcə düzgün qidalanma kifayət deyil. Mütəxəssislər sağlam qidalanma ilə yanaşı, idmanla da məşğul olmağın vacibliyinə diqqət çəkir. Əzələ inkişaf etdirən ən yaxşı qidaları təqdim edirik.


Mütəxəssislər əzələ qurmaq üçün ən yaxşı qidaları açıqlayıblar. Əzələ kütləsini artırmaq üçün tək yemək yemək kifayət deyil. Mütəxəssislər sağlam qidalanma ilə yanaşı, idmanın da əhəmiyyətinə diqqət yetiriblər.

Steak: Tərkibindəki yüksək kreatinlə sizə lazım olan bütün enerjini verir.

Badam: Bu mühüm protein və yağ mənbəyidir. E vitamini ilə zəngindir. Güclü antioksidantdır.

Banan: Çox qidalı və sağlam meyvədir. Şəkər miqdarı bir qədər yüksəkdir, lakin əzələlərin inkişafında çox kömək edir.

Qəhvəyi düyü: Bu kompleks çox sağlam karbohidratdır. Enerji verir və məşq zamanı da sizə dəstək olur.

Fıstıq yağı: Tərkibində biotin var və karbohidratları enerjiyə çevirmək üçün idealdır.

Kəsmik:  Kəsmik zülalla çox zəngindir. Uzun müddət toxluq hissi verir.

Şirin kartof: A və C vitaminləri, kalium, riboflavin, mis, pantotetik turşu və fol turşusunun əla mənbəyidir.

Yumurta: Hər yumurtada 6-8 qram protein var. Həmçinin tərkibində sink, dəmir və kalsium da var.

Şokoladlı süd: Əzələ inkişafında müsbət rol oynayır. Məşqdən sonra bir stəkan şokoladlı süd yorğunluğunu aradan qaldırırır.

Toyuq: Hər bir toyuqda 30-100 qram protein var. Sobada qızardaraq və ya bişirərək yeyə bilərsiniz.

Çia toxumları: Kiçik ola bilər, lakin çia toxumlarının sağlamlıq üçün böyük faydaları var. Çia tərkibindəki sağlam omeqa-3 sayəsində əzələlərin güclənməsinə və böyüməsinə kömək edir.

Avokado: Piylə mübarizə aparan avokado qarın yağını azaldır. Liflə zəngin olan avokado, birlikdə istifadə edildikdə digər tərəvəzlərin faydalı xüsusiyyətlərini artırır.

Qızılbalıq: Omeqa-3 yağ turşuları əzələlərin inkişafında mühüm rol oynayır. Qızılbalıq yemək də maddələr mübadiləsini sürətləndirir.

Brokoli: İspanaq, pomidor, qarğıdalı və bibər ilə salatınıza brokoli əlavə edin. Bu tərəvəz minerallar və lif mənbəyidir.

Ananas: Ananasın tərkibində zülalları həzm edən bromelein adlı ferment var. İdmandan sonra, səhər yeməyində, yeməklər arasında yeyə edə bilərsiniz.  O, həmçinin əzələ iltihabını azaldır.

Yulaf: Yulaf sağlıqlıdır. Lif, zülal, minerallar və vitaminlərlə zəngindir. Mütləq şəkildə yulaf yeyin.

İspanaq: Tədqiqatçılar ispanaqdakı fitokdisteroidlərin əzələ böyüməsini 20 faizə qədər artırdığını sübut ediblər.

Balıq yağı: Balıq yağı vücudunuz üçün əhəmiyyətli bir vasitəçidir. Metabolizmanızı sürətləndirir.

Məşq: Bədəninizdə əzələ nisbətini tənzimləmənin ən yaxşı yolu idman və balanslaşdırılmış pəhrizdir. İdman etməzdən əvvəl və sonra özünüzə qulluq etməli və düzgün qidalar yeməlisiniz.

Məşq zamanı lazım olan enerjini yediklərinizə alacaqsanız. Ayaq kramplarının qarşısını almaq üçün kalium və maqnezium lazımdır. Gərgin bir məşq üçün sizə ani enerji verəcək qidaları da yeməlisiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et