Cırcır böcəyi hər mənada əfsanəvi böcəkdir, bir çox xalqların öz səbəbləri ilə maraqlandığı, fərqli və parlaq rəngləri ilə valeh edir.
Hər xalq öz mədəniyyətinə uyğun olaraq bu füsunkar həşərat üçün mənalar versə də, ən çox qəbul edilənləri sevgi, sədaqət və mərdlikdir. Belə qüdrətli sözlər sadəcə romantik məqsədlər üçün yaranmayıb, elmi əsaslarla qurulub. Göründüyü kimi, Cırcır böcəyi bir çox anlayışla birləşir və müxtəlif adlarla da adlandırıla bilər. Bəzi mədəniyyətlərdə atəşpərəst böcək kimi tanınır. O, dalğalanan atəşin yaratdığı harmoniyaya qapılır və ətrafda fırlanaraq onunla rəqs etməyə başlayır. Bilir ki, bu sevgi onun sonu olacaq, amma yenə də əl çəkmir. Rəqsin sonunda özünü atəşə ataraq sevgisinə qovuşur.
Digər adı helikopterdir. Fərqli qanad quruluşu, havada uçma qabiliyyəti və sürəti ilə bugünkü helikopterin ixtirasına ilham verdiyi düşünülür.
Mənbə:arvens world
Tərcümə etdi:Aynur Mikayılova
