Bu gün:

Yaxşı vərdişlər formalaşdırma sənəti


Hamımızın həyatda etmək istədiyimiz, lakin yarımçıq qalan davranış və istəklərimiz var, çünki onları vərdişə çevirə bilmirik. Bu, bəzən sağlam qidalanmaq, bəzən müntəzəm idman etmək, bəzən kitab oxumaq və ya  yeni hobbi ilə məşğul olmaq ola bilər. Böyük motivasiya ilə başlayan istəkləri vərdişlərə çevirmək bir çoxumuz üçün qeyri-mümkün görünə bilər. Bu zaman beyninizi yeni vərdiş əldə etməyə inandırmalısınız.

Bəs necə? Bu, göründüyü qədər asan deyil, lakin çox vaxt mövcud vərdişi tərk etməkdən daha çətin ola bilər. Bunu yaşayan hər kəs mövcud vərdişdən əl çəkməyin nə qədər çətin olduğunu bilir. Məsələn, siqareti atmaq istəyən insan çətin yollardan, proseslərdən keçir. Qətiyyətli olduğunuz zaman nəticə uğurdur.

Sehirli bir formul varmı?

Bizi yeni və sağlam vərdişlərdən çəkindirən nədir? Biz rutini sevirik və təhlükəsiz ərazimizdən kənara çıxmağı sevmirik. Ancaq müəyyən bir nöqtədən sonra məmnunluq hissi azalmağa başlayır və biz yeni həyəcanlar axtarırıq. Həyatda bir məqsəd olmadan yolumuzu itiririk. Hər gün eyni saatda oyanmaq və işə getmək rutinindən çıxmaq, uğur və məmnuniyyətin həzzini yaşamaq istəyirik. Nəticədə yeni vərdişlərə üz tuturuq. Bəzi məqalələrdə vərdişlər qazanmaq üçün düsturlar verilir. Təəssüf ki, 21 günlük müddətdən sonra vərdiş formalaşdırmaq üçün sehrli bir düstur və ya beynimizdə qurulan bir format yoxdur. Ancaq qəti şəkildə tətbiq edildikdə bu vərdişi qazanmağın təsirli yolları var.

Vərdiş formalaşdırmağın asan yolu var. Bir vərdiş formalaşdırmaq istəmək asandır, amma etmək çətindir. Bu məqamda prosesin psixoloji fonunu bilmək çox vacibdir. Əvvəla, bütün vərdişlər vərdiş dövrü adlanan üç mərhələli proses nəticəsində formalaşır. Vərdiş dövründə replika, rutin və mükafat mərhələləri var. Birinci mərhələ başlanğıc siqnaldır, yəni beynin avtopilota keçdiyi mərhələdir. Prosesin bu nöqtəsində beyniniz daha sonra düşünmək üçün qərarları kənara itələyir. İkinci mərhələ, rutin, başlanğıc işarəsi baş verdikdən sonra etdiyiniz bütün hərəkətləri əhatə edir. Bu mərhələlər son mərhələ, mükafat yaşanana qədər baş vermir. Mükafat beynin bu hərəkəti xatırlamasına və gələcəkdə onu təkrarlamasına kömək edir.

Eqo tükənməsi

Yeni bir vərdiş əldə etmək istədikdə bizi dayandıran və motivasiyamızı azaldan bəzi amillər var. Bunlardan birincisi tükənmədir. Bu, insanın öz düşüncələrini, hisslərini və hərəkətlərini tənzimləmək qabiliyyətinin azalmasıdır. Tükənmək bilavasitə iradə gücümüzlə əlaqəli olduğundan, yeni vərdişlər əldə etməkdə müəyyənedici amil ola bilər. Bu nöqtədə, iradə gücünüzü təkmilləşdirməyin tək yolu diqqət yetirmək istədiyiniz vərdişi müəyyən etməkdir.

Planlı və mütəşəkkil olun

Məqsədiniz aydındır, bu məqsədi gündəlik həyata keçirə biləcəyiniz şəkildə şərh etmisiniz. İndi planlaşdırmaq və təşkil etmək vaxtıdır. Məsələn, məqsədiniz arıqlamaqdır. Əgər 3 aylıq planınız varsa, üç aylıq qrafikiniz də olmalıdır. Bu nöqtədə üç aylıq gündəlik qrafik yarada bilərsiniz. Siz həm qət etdiyiniz məsafəni, həm də qalan məsafəni görə bilərsiniz.

Mənbə: avrasyahospital.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et