Bu gün:

Depersonalizasiya pozğunluğu nədir?


Depersonalizasiya pozğunluğu olan insanlar üçün dünya duman və ya tüstü pərdəsi arxasında, hətta ikiölçülü kimi qeyri-real görünür.

Hər 100 adamdan birində göründüyü düşünülən bu vəziyyət asanlıqla diaqnoz qoyulan bir xəstəlik deyil.

“Depersonalizasiya” və “derealizasiya” olaraq da adlandırılan depersonalizasiya pozğunluğunda insan özündən uzaqlaşır, bədəninə uzaqdan baxdığını hiss edir və reallıq hissini itirir.

Şizofreniya kimi yayğındır

Bu, nadir bir xəstəlik deyil. Üç fərqli araşdırmaya görə, hər 100 nəfərdən biri bunu yaşayır.

Mütəxəssislər bunun obsesif-kompulsiv pozğunluq və şizofreniya kimi yayğın olduğunu və tibbi baxımdan onilliklər ərzində psixi xəstəlik kimi tanındığını deyirlər.

Müalicə olunmayan xəstələr həyatları boyu bu pozğunluqla yaşamalı ola bilərlər.

Ancaq xəstəliyi tanıyan tibb mütəxəssislərinin sayı çox azdır. Depersonalizasiya pozğunluğundan əziyyət çəkən yeni bir həkim deyir ki, depersonalizasiya pozğunluğu onun ailə həkimi təhsili zamanı və ya tibb məktəbində öyrədilməyib. Ən azı iki xəstəsinə səhv diaqnoz qoyduğunu deyən həkim, həmkarlarının çoxunun bunu eşitdiklərinə inanmadığını bildirir. Lakin diaqnozun zəif olması ilə yanaşı, müalicə almaqda da problemlər var. Çünki bu xəstəliyin müalicəsi hələ də məhduddur və əldə etmək asan deyil.

İngiltərədə 650 min xəstə var

Ölkədə bu xəstəlikdən əziyyət çəkən 650 min nəfərin olduğu düşünülür. Diaqnozun qoyulması aylar və ya daha çox çəkə bilər.

Londonun cənubunda yerləşən Depersonalizasiya Bozukluğu Xidməti yalnız 18 yaşdan yuxarı xəstələri qəbul edir, lakin xəstəlik adətən yeniyetməlik dövründə başlayır.

Dr. Hunter Böyük Britaniyada depersonalizasiya pozğunluğunu müalicə edən yeganə mütəxəssis klinikasının rəhbəridir. Hunter, 18 yaşından kiçik xəstələri geri çevirdiklərinə görə təəssüfləndiklərini söylədi.

Hunter izah edir ki, xəstələrindən biri 13 yaşında pozğunluq yaşamağa başlayıb və iki il ərzində evdən çıxa bilməyib, gündə 10-dan çox panik atak keçirib. Xəstə əvvəlcə öz valideynlərini tanıya bilməyib. O, ümid edir ki, zamanla bu xidmət 18 yaşdan kiçik xəstələr üçün də əlçatan olacaq.

Dr. Hunterin xəstəsi deyir ki, müalicəyə başlamazdan əvvəl pozğunluğu səbəbindən özünü güzgüdə tanıya bilməyib.

Mənbə: BBC

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et