İntizam həyatın hər sahəsində çox vacib bir anlayış kimi görünür. Məktəb həyatında nizam-intizam müxtəlif məqamlarda şagirdlərə fayda verməklə uğura gedən yolda ən böyük köməkçilərdən birinə çevrilir. Bəs intizamlı olmağın faydaları nələrdir?
Fokuslanmağı asanlaşdırır
Uğurlu olmaq üçün çalışmaq lazımdır. İşləmək və ya ən azı səmərəli işləmək yüksək konsentrasiya tələb edən bir hərəkətdir. Konsentrasiyanı yüksək saxlamaq və onu davam etdirmək üçün böyük maneələrlə qarşılaşmaq olduqca mümkündür. İndiki vaxtda telefonlar, kompüterlər, internet, sosial media, oyunlar, daim axan milyardlarla video və vizual məzmuna giriş diqqəti cəmləməyi çətinləşdirir. İntizamlı insanlar bu cür stimullardan uğurla uzaqlaşa və məqsədlərinə doğru irəliləməyə davam edə bilərlər. Məqsəd bəlli, atılacaq addımlar bəlli, hərəkətə keçmə əzmi var; Nəticə nə ola bilər?
Stressi azaldır
Diqqəti toplaya bilməmək ertələməyi gətirir. Ertələmək elə güclü bir maneədir ki, görüləcək işlər siyahısının sonsuza qədər artmasına səbəb ola bilər. Bu gün, sabah, sabahdan sonra otağı səliqəyə salanda, son bölümə baxanda davam edən ertələmək silsiləsi də insanın stress keçirməsinə səbəb olur. İntizamlı insanlar həm ehtiyac duyduqları vaxta qənaət edə, həm də görüləcək işlər siyahısını tamamlayaraq dinclik tapa bilərlər. Bu nöqtədə intizamlı olmaq, xüsusən də imtahana hazırlıq kimi stresli proseslərdə tələbələrin bir addım önə keçməsinə kömək edir, aktiv olmağa imkan verir. İntizamlı insanlar planlı yaşayır və vaxtın idarə edilməsində çox güclüdürlər. Bu yolla günü ən məhsuldar şəkildə keçirməyi bacarırlar. Günün sonunda özləri üçün vaxt tapdıqları və etməli olduqları işləri tamamladıqları üçün xoşbəxtdirlər. Bir çox insanlar məqsədlərinə doğru irəliləməyə çalışarkən yaşadıqları problemlər səbəbiylə vaxtdan sui-istifadə və ertələmək kimi problemlər yaşayır. Bu da insanın günü ən səmərəsiz keçirməsinə, hobbilərinə vaxt ayıra bilməməsinə və nəticədə bədbəxt bir insana çevrilməsinə səbəb olur. İntizamlı insanlar belə problemlərlə üzləşmədikləri üçün özlərini yormadan uğur qazanmağın yolunu tapırlar.
İntizamı necə əldə etmək olar?
Əminik ki, intizamlı olmaq uğura aparan yolda çox dəyərlidir. Bununla belə, necə intizamlı olacağımızla bağlı narahatlıqlarımız, qeyri-müəyyənliklərimiz və qərarsızlığımız var. Bu məqamda nizam-intizamı əzələ kimi düşünmək lazımdır. Necə ki, idmana başladığımız zaman əzələlərimiz ağrıyır və bu ağrılar ancaq nizamlı məşq etməklə keçib gedirsə, biz də buna bənzər şəkildə intizamı həyatımıza uyğunlaşdırmalıyıq. Bu uyğunlaşma zamanı motivasiyanı qorumaq çox vacibdir.
Mənbə: originistakademi
Tərcümə etdi: Rəhimə Cəmilova
