Üçüncü göz iki qaş arasında yerləşən digər ölçüləri görməyə imkan verən orqandır. Üçüncü göz sayəsində canlıları başqa ölçülərdə də görə bilirik.

İnsan beyninin televizor və ya radio kimi olduğunu söyləmək olar. Qaşlarımızın arasında yerləşən üçüncü göz antena rolunu oynayır. Üçüncü göz dediyimiz orqanımız doğulanda açıqdır və 8-9 yaşa qədər açıq qalır. Bu səbəbdən istər şəkil olsun, istərsə də nitq olsun, 8-9 yaşlı uşaqların yaratdığı əsərlərə diqqət yetirmək lazımdır. Gözdən müşahidə edərək antena rolunu oynadığı üçün bəzən başqa ölçülər haqqında da məlumat ala bilir və ya keçmişi xatırlaya bilir.
Uşaqlıqda aktiv fəaliyyət göstərən epifiz, qidalanma və istehlak edilən su kimi vərdişlər səbəbindən zamanla torlanır və bu da görmə sahəsinin azalıb bağlanmasına səbəb olur. Bunun qarşısını almaq üçün özümüzü və uşaqlarımızı şəkərli qidalardan, qazlı, fanta, kola kimi turşulu içkilərdən uzaq tutmaqda fayda var. Orqanik qidalar istehlak etməyə diqqətli olmalı, hazır şorba, hazır pizza kimi qidalardan uzaq durmalıyıq.
Torlanmış üçüncü göz çakrasını, epifizi necə təmizləmək olar?
Hər səhər yuxudan duranda limonlu ilıq su içməlisiniz. Dardanel tonlu salatınıza alma sirkəsi əlavə etməlisiniz. Bu cür sadə yemək vərdişləri ilə təbaşirli epifizi təmizləyə bilərsiniz. Bundan əlavə, təbii ki, melatonin və serotonini artıran qidaları da istehlak etməlisiniz.
Mənbə: kooplog
Tərcümə etdi: Uğur Hacıyev
