Günəş sistemində milyonlarla hissə var. Bunların hər biri bir məqsədə xidmət edir. Bunlardan biri də Yerimizlə eyni əsas xüsusiyyətlərə malik planetlərdir.
Bu planetlərin ümumi xüsusiyyətləri olsa da, hər birinin fərqli xüsusiyyətləri də var. Məsələn, bəziləri böyük və bəziləri kiçik, bəzilərinin peykləri var, bəzilərinin isə peyki yoxdur. Bu xüsusiyyətlərdən biri onların temperaturudur. Sizcə, Günəş sistemindəki ən isti və ən soyuq planetlər hansılardır?
İndi düşünəndə ən isti planetin təbii ki Günəşə ən yaxın planet olduğunu deyə bilərsiniz, amma yanılırsınız. Soruşursan niyə? İzah edək: Günəşə ən yaxın planet bildiyiniz kimi Merkuridir, lakin ən isti planet Veneradır.

Bunun səbəbi Veneranın atmosferindəki karbon qazıdır. Planet çox istidir, çünki onun atmosferində sıx karbon qazı olan buludlar istiliyi içəridə saxlayır. Merkuri Günəşə yaxın olsa da, çox nazik atmosferə malikdir və heç bir şəkildə istiliyi saxlaya bilmir. Günəşdən 108 milyon kilometr uzaqda olan planetin orta temperaturu Selsi üzrə 462 dərəcədir. Buna görə də Venera temperatura görə birinci yerdədir.
İndi gələk Günəş sisteminin ən soyuq planetinə. Əgər siz Uranın Günəşdən ən uzaq planet olduğu üçün ən soyuq olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Reytinqdə 7-ci yerdə olan Uranın orta temperaturu Selsi üzrə -224 dərəcədir.

Onun niyə ən soyuq planet olması ilə bağlı qəti nəticəyə gəlinməyib. Alimlərin fikirlərindən biri də naməlum səbəbdən daxili istiliyini itirməsidir.
Mənbə: Milliyet
Tərcümə etdi: Nəzri Süleymanova
