Bu gün:

Dərinizə uyğun qidalanma tövsiyələri nələrdir?


Doğru zamanda doğru miqdarda və doğru qidaları istifadə edərkən dəri sağlamlığınızı yaxşılaşdıra bilərsiniz. Bol yaşıl salat qəbulu dəri hüceyrələrinin yenilənməsini sürətləndirərək dərinin daha parlaq görünməsini təmin edir.


• Ağ un və süfrə şəkəri kimi yüksək glisemik indeksli məhsullar sızanaqların əmələ gəlməsinə səbəb olur. Yüksək glisemik indeksli qidalar yerinə tam taxıl çörəyi və bulqur kimi aşağı karbohidratlı qaynaqları seçməklə sızanaqların əmələ gəlməsinin qarşısını almaq olar. 


• Yumurta, tünd yaşıl yarpaqlı tərəvəzlər, bitki yağları və tərkibində E vitamini olan tam taxıl məhsulları antioksidan xüsusiyyətləri sayəsində dərini ultrabənövşəyi şüalardan qoruyur və qırışların yaranmasının qarşısını alır. 


Qarşısının alınmasına kömək edir. • Gündə 2-3 qoz və ya 7-8 fındıq yemək dərinin üst qatında su itkisi nəticəsində yaranan dəri problemlərinin qarşısını alacaq. 


Aşınmanın qarşısını alır. 


• Vitamin A dərinin yağ balansının qorunmasında böyük rol oynayır. A vitamini qəbulunu artırmaq üçün yumurta və təzə yaşıl salatlar daxil edilməlidir.



Mənbə:npistanbul

Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et