Bu gün:

Təbii dəri gözəlləşdirici maskalar


Evdə asanlıqla hazırlaya biləcəyiniz təbii maska reseptləri qan axını sürətləndirəcək, dərinizin yenilənməsinə və daha gözəl görünməsinə şərait yaradacaq. Bəs dərini gözəlləşdirən evdə hazırlana biləcək təbii maskalar necə hazırlanır? 

Dərinizin daha hamar, canlı və sıx görünməsini istəyirsinizsə, evdə tətbiq edə biləcəyiniz bu reseptlərlə gözəlliyinizi artıra bilərsiniz. Bu maska reseptləri qan axınını sürətləndirəcək, dərinizin yenilənməsinə və daha gözəl görünməsinə imkan verəcək.

Hamar dəri üçün maska reseptləri

Zeytun yağı maskası:

• 1 qəhvə fincanı zeytun yağı və 10 damcı alma sirkəsini qarışdırın.

• Hazırladığınız qarışığı yatmazdan əvvəl dairəvi hərəkətlər edərək dərinizə çəkin.

• 1 ay ərzində həftədə 2 dəfə müntəzəm olaraq tətbiq olunmalıdır.

• Dərini hamar və yumşaq edərək qırışları aradan qaldırmağa kömək edəcək.

Qatıq maskası:

• 2 xörək qaşığı qatığa 2 ədəd pürə halına gətirilmiş çiyələyi qarışdırın.

• Sonra dərinizə çəkin və 10 dəqiqə gözləyin.

• Soyuq su ilə yuyun.

• Həftədə bir dəfə tətbiq edə bilərsiniz.

• Qatıq dərinizi təmizləyəcək, çiyələk isə peeling (soyma) effekti yaradaraq qan dövranını sürətləndirəcək.

Üzüm müalicəsi:

• 2 çay qaşığı üzüm suyu, qaymaq və 2 çay qaşığı limon suyunu qarışdırın.

• Dərinizə çəkin və 15 dəqiqə gözləyin.

• Sonra ilıq su ilə yuyun.

• Həftədə bir dəfə tətbiq edə bilərsiniz.

• Mütəmadi olaraq tətbiq edildikdə qırışların görünüşünü azaldır.

Yumurta maskası:

• 1 xörək qaşığı süd və 1 yumurta sarısını qarışdırın.

• Dərinizə çəkin və nazik bir parça ilə örtün.

• Təxminən, 20 dəqiqə gözləyin və üzünüzü örtmək üçün istifadə etdiyiniz parça ilə üzünüzü silin.

• İlıq, sonra isə soyuq su ilə durulayın. 

• 2 ay ərzində həftədə bir dəfə müntəzəm olaraq tətbiq etsəniz, dərinizi dərindən nəmləndirəcək və dəriniz hamar görünəcək.

Tərcümə etdi: Aydan Qasımova 

Mənbə: Haber Türk

Paylaş
Şərh əlavə et