Bu gün:

Köpək qorxusunu necə aradan qaldırmaq olar?


İtlər çox sevimli və mehriban heyvanlardır. Ancaq zaman-zaman ani reaksiyaları səbəbiylə itlərdən uzaqlaşan, hətta onlara qarşı fobiya və antipatiyaları olan insanlar da az deyil. Bəs it qorxusunun səbəbi nədir? Köpək qorxusunu necə aradan qaldırmaq olar? İt qorxusuna qalib gəlməyin yolları hansılardır?

İtlər çox sevimli və mehriban heyvanlardır. Ancaq ölkəmizdə bu şirin heyvanlardan qorxan, hətta itlərə qarşı fobiyası olanlar da az deyil. Bu qorxunun səbəbi itlərin davranışı haqqında kifayət qədər məlumatın olmaması ilə əlaqədardır. Birdən birə hürən itə reaksiya bu davranışı bilən və bilməyən insan arasında çox dəyişir. Köpək qorxusunu aradan qaldırmaq üçün özünüz edə biləcəyiniz bir neçə üsul və itlər haqqında bilik kifayət edəcəkdir. 

İtlər əvvəlcə insanın bədəninin ifraz etdiyi enerjini hiss edirlər. İnsan qorxursa, bunu duruşundan dərhal anlaya bilər. Ona görə də qorxsanız belə, duruşunuz dik olsa, özlərini arxayın hiss edəcəklər və sizə yaxın gəlməyəcəklər.

Sürü halında və ya küçədə yaşayan itlər onlara rəhbərlik edəcək lider axtarırlar. Bu şəkildə küçədə gördüyünüz itlərdən qorxaraq qaçmaq əvəzinə danışmağı, toxunmağı və ya göz təması qurmağı dayandırsanız o sizi öz lideri kimi görəcək və qoxudan tanımağa çalışacaq. İtlərin qoxu hissi çox inkişaf etmişdir.

Qarşınızdakı it sizə itaətkarcasına tabe olduqda onu sığallamaq daha yaxşı olar. Çünki o it indi sənə onu sevməyə icazə verib.

Əgər itlər sizi görəndə hürməyə başlayırlarsa, təlaşa düşməməyə və qaçmamağa çalışın. Siz qaçdığınız üçün it sizə yaxınlaşacaq və sizi təqib etməyə başlayacaq. Əvəzində heç bir tərəddüd etmədən onun yanından keçmək sizin üçün faydalı olar. 

Müəyyən yerdə zəncirlənmiş və ya bağlı olan itlərin yanından keçəndə hürməsinin səbəbi onların ərazilərini qorumaq üçün reaksiya vermələridir. Əgər mütləq bağlı bir itin yanından keçmək lazımdırsa, onun hürməsinə qulaq asmadan və ya gözlərinə baxmadan keçə bilərsiniz. Hürən itin gözlərinə baxmaq ona meydan oxumaq deməkdir. Bu halda it daha da qəzəblənəcək. 

İtlər qorxduğunuzu başa düşdükləri üçün əvvəlcə qorxduğunuzu göstərməməyə çalışaraq onların sizə gəlməsinin qarşısını ala bilərsiniz. Daha sonra itləri sevmək və onlarla vaxt keçirmək sizin səyinizlə tamamilə həll oluna biləcək bir vəziyyətə çevrilir.

Tərcümə etdi: Aydan Qasımova 

Mənbə: Haber Türk


Paylaş
Şərh əlavə et