Bu gün:

Van Qoq niyə qulağını kəsmişdi?


Vinsent Van Qoqun qulağını niyə itirdiyinə dair müxtəlif versiyalar var. Bir fərziyyəyə görə sənətçi sol qulağını kəsdiyi axşam qardaşı Teodan nişan xəbəri ilə bağlı məktub alıb. Səhəri gün isə yataqda, qan içində və huşsuz vəziyyətdə tapılıb. Digər bir versiyaya görə isə qarşıdan gələn toy ilə qardaşından maddi dəstəyini itirə biləcəyi idi.

Rəssam bipolyar pozğunluq, sərhəd şəxsiyyət pozğunluğu və epilepsiyadan əziyyət çəkirdi.  Van Qoqun belə bir addım atmağa qərar verməsinin səbəbi də bu ola bilər.  Ancaq XX əsrin əvvəllərində sənətçinin psixi cəhətdən sağlam olduğu barədə bir fikir ortaya çıxdı və onun dəliliyi haqqında şayiələr kolleksiyaçı Julius Mayer-Graefe tərəfindən Van Qoqun rəsmlərinin dəyərini artırmaq üçün yayıldı.

Mənbə: Rrtforintrovert

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et