Bu gün:

Pişiklər ağlayır?


Pişiklər ağlayır? Göz yaşları onların kədərli olduğunu göstərirmi?

Heç vaxt pişiklərlə yaxın təmasda olmayan bir çox insan pişiklərin çox uzaq, çox müstəqil və çox laqeyd olduğunu düşünə bilər. Onlarla yaşamağa başlayanlar bir müddət bunun doğru olduğunu düşünə bilərlər. Zaman keçdikcə, pişiklərlə paylar artdıqca və qurulan bağlar dərinləşdikcə heç də güman edildiyi kimi olmadığı aydın olur. Onlarla qurulan bağ o qədər böyükdür ki, onların hər bir davranışının insanlara oxşar cavab verdiyini düşünmək asandır. Bu davranışlardan biri də ağlamaqdır.

Pişiklər gülür? Pişiklər ağlayır? Bu bir çox emosional problemlərin səbəbidir: Ağrılı miyovlamalar, gözlərdə yaş görünən "Pişiklər ağlayırmı?" Deyəsən, suala cavablar müxtəlifdir. Yəni məsələnin həqiqəti budurmu? Varlığı ilə həyatımızı gözəlləşdirən pişiklər niyə göz yaşı axıdır? Onlar da bizim kimi ağlayırlar? Pişiklər ağlayır? Pişiklərlə sıx əlaqə quran insanlar duyğularını müxtəlif yollarla ifadə edə biləcəkləri mövzusunda həmfikir olsalar da, elmi olaraq pişiklərin ağladığını söyləmək mümkün deyil. Pişiklər insanlar kimi kədərlənəndə ağlamasalar da, onların real duyğuları var. Onlar həqiqətən əsəbiləşə, depressiyaya düşə və hətta kədərlənə bilərlər. Duyğularını ifadə etmə tərzi onlara xasdır. Bəs o göz yaşları necə? Demək olar ki, kədərli olduğu zənn edilən pişiyin acı bir tonda miyovlaması, eyni zamanda gözündə yaş olması böyük və təəccüblü bir təsadüfdür. Pişiklərin gözləri sulanırsa, gözlərində toz ola bilər və ya tibbi səbəblərdən göz yaşı ola bilər. Şübhəsiz, pişiklərin emosiyaları realdır. "Pişiklər ağlayır və niyə ağlayırlar?" Sualın cavabları da olduqca dəyişkəndir. Az əvvəl qeyd etdiyimiz kimi, pişiklər bildiyimiz və ya yaşadığımız şəkildə ağlamaz, ancaq ağlama hərəkətini ağrı və kədər kimi şərh etsək, pişiklərin bu mövzuda geniş duyğu diapazonuna sahib olduqlarını söyləmək olar. Elmi araşdırmalar göstərir ki, pişiklər bizim də yaşadığımız real duyğuları özlərinə məxsus şəkildə yaşayır və ifadə edirlər. Pişiklər insanların üz ifadələrini oxuya və onlarla çoxlu duyğuları paylaşa bilirlər. Xoşbəxt bir pişik sahibini bütün həvəsi ilə oynamağa, dərindən mırıldamağa və evdəki digər ev heyvanları və ya insanlarla əlaqə saxlamağa dəvət edə bilər. Kədərli və ya ağrıyan pişik ağlamasa da, duyğularını müxtəlif üsullarla ifadə edə bilər. Sahibləri evə gələndə onları həvəslə qarşılamaya bilər, adi haldan çox yatmağa başlaya bilər, hətta sevdikləri yaş yeməklərdən və şirniyyatlardan belə imtina edə bilər, özlərini təmizləməyi dayandıra bilər, rutinlərinə sadiq qalmaya bilər, onlara maraq azalda bilər. Bütün bu göstəricilər pişiklərin əsəbləşdiyini və ya xəstə olduğunu göstərir. Pişiklərin ağlamaması və ya ən azından kədərləndikləri zaman ağlayaraq hisslərini göstərməmələri onların növlərinə xas deyil. Tədqiqatçılar yalnız insanların güclü duyğularla və ya böyük ağrılarla qarşılaşdıqda göz yaşı tökdüyünü və heyvanların duyğularını göstərmək üçün növlərə görə fərqli davranışlar sərgilədiyini vurğulayırlar. Mütəxəssislərin fikirlərindən yararlanaraq pişiklərin ağlaması ilə bağlı deyilənlərin mifdən başqa bir şey olmadığını, pişiklərin həqiqətən də əziyyət çəkə biləcəyini, lakin bu hissləri ağlamaqla deyil, müxtəlif davranışlarla ifadə edə bildiklərini bilə bilirik. 


Mənbə: Petlebi                                                         Tərcümə etdi: Fatimə Şükürova





Paylaş
Şərh əlavə et