Bu gün:

Rozmarin çayının faydaları və zərərləri nələrdir?


Rozmarin ədviyyat, çay və essensiya kimi istifadə edilən dərman bitkisidir. Aralıq dənizi iqlimində böyüyür və hündürlüyü 2 metrə çata bilər. Essens onun mavi və ya bənövşəyi rəngli, ətirli çiçəklərindən əldə edilir. Təbii antioksidantdır və qidaların saxlama müddətini uzadır.

Rozmarin tərkibində olan vitaminlər və minerallar:

Rozmarin bol A, C vitaminləri və B6 vitamini ehtiva edir. Tərkibində minerallar kimi maqnezium, kalsium, mis, manqan və dəmir var.

Rozmarinin faydaları nələrdir?

Həzm sistemi üçün faydalıdır. İltihab əleyhinədir. Mədə xorası, həzmsizlik və bağırsaq problemləri üçün təbii vasitə kimi istifadə olunur. Xərçənglə mübarizə aparır.

Rozmarin tərkibində olan karnosol, rozmarinik, betulinik və karnozik turşu kimi maddələr xərçəngə qarşı qoruyucudur. Lösemi, dəri, döş, qaraciyər, prostat, sidik kisəsi, yumurtalıq, yoğun bağırsaq, ağciyər və mədəaltı vəzi xərçənginə qarşı mübarizə aparır. Kimyaterapiya zamanı həkimlə məsləhətləşərək istifadə edilə bilər.

İmmunitet sistemini gücləndirir

Antioksidan xüsusiyyətləri sayəsində orqanizmdə immunitet sistemini dəstəkləyən və bir çox xəstəliyə qarşı qoruyan bir müdafiə xətti yaradır.

Sinir sistemini qoruyur

Tərkibindəki karnozik və rozmarin turşuları sayəsində neyronlarda meydana gələ biləcək pozulmaların qarşısını alır. Alzheimer, demans və Parkinson kimi xəstəliklərin qarşısının alınmasında çox faydalıdır.

Bədəndən suyun xaric olmasını sürətləndirir, bununla da artıq yağların və duzların bədəndən daha asan çıxarılmasına kömək edir. Tiroid disfunksiyası olan xəstələrdə görülən uremiyanın yaxşılaşdırılmasında da faydalıdır.

Mənbə: Habertürk

Tərcümə etdi: Nuray Mürsəlova

 


Paylaş
Şərh əlavə et