Rok musiqisində ən çox istifadə olunan alətlər elektrik gitara, elektrik bas və nağaradır. İstifadə olunan digər alətlərə akustik gitara, piano və saksafon daxildir.

1940-cı illərin ən erkən rok musiqisi, caz və o dövrdə məşhur olan böyük qrup musiqisinin təbii inkişafından sonra aparıcı musiqi qüvvəsi kimi ümumi brass alətlərinə malik idi. 1950-ci illərdə gitara əsas diqqət mərkəzinə çevrildi. Rok qrupları ritm və melodiya yaradan elektrik alətlərinin əsas dəstindən ibarətdir. Bir çox qruplar iki elektrik gitara, bir aparıcı gitara və bir ritm gitara var.
Zərb alətləri rok musiqisinin estetikasının tərkib hissəsi olmaqla mahnının tempini artırır və misilsiz intensivlik verir. Bir çox rok qruplarının standart nağara dəstinə malik olmasına baxmayaraq, nağara səslərini simulyasiya etmək üçün nağara maşını və ya kompüter proqramından istifadə etmək də mümkündür.
Bas, istər elektrik, istərsə də akustik, rok qruplarının başqa bir əsas elementidir, lakin bu, zərurət deyil. White Stripes kimi bir çox qrupda bas gitara yoxdur. Piano mütləq zərurət olmayan başqa bir ümumi alətdir. Bəzi rok qruplarında skripka və fleyta kimi klassik alətlər də var.
Mənbə: 411.answers.com
Tərcümə etdi: Aydan İbrahimli
