Bu gün:

Yaşıl çayın faydaları


Yaşıl çayın ətirli və təzə dadı var. Çay yığıldıqdan sonra tez qurudulduğu üçün onun tərkibindəki polifenollar daha az itirilir. Tərkibində ECGC adlı yüksək antioksidan mənbəyi olan yaşıl çay immunitet sistemi üçün dəstəkləyici xüsusiyyətlərə malikdir. 

Tərkibində digər çay növlərinə (məsələn, qara, berqamot, nanə kimi) nisbətən daha az kofein daxildir. Araşdırmalar göstərir ki, gündə 3 stəkan yaşıl çay istehlak etmək mədə, kolon, döş və həzm sistemi xərçəngi riskini azalda bilər. 

Yaşıl çay arıqlamaq üçün də tövsiyə olunur. Bu müalicə bədəndən toksinləri çıxarmaqda və maddələr mübadiləsi sürətinin yavaşlamasına mane olmaqda təsirli olur. 

Tədqiqatlar göstərir ki, həm yaşıl, həm də qara çay artrit və infeksiyalara, həmçinin koronar ürək xəstəlikləri (CHD), insult, ürək-damar xəstəlikləri, hipertoniya, mədə və kolorektal kimi müxtəlif xərçəng növlərinə qarşı qoruyucu təsirə malikdir və hər yaşda sümük sıxlığını tənzimləyir. 

Elmi araşdırmalar, həmçinin qara çay və yaşıl çayın aktiv maddələrinin xəstəliklərdən qorunmaqda təsirli olduğunu göstərir.

Mənbə: medicalpark

Tərcümə etdi: Gülay Qəribova

Paylaş
Şərh əlavə et