Bəşəriyyətin yarandığı gündən bu günə qədər gözəlliklə bağlı müxtəlif dəyər mühakimələri olmuşdur. Gözəllik anlayışı keçmişdən günümüzə dəyişsə də, həyatımızda tez-tez istifadə etdiyimiz bir sözdür.

Gözəllik cəmiyyətlərə, tarixi dövrlərə, mədəniyyətlərə və dövrlərə görə dəyişir. Mücərrəd anlayış olan gözəllik də nisbidir. “Gözəllik həzz hissi yaradan canlının, konkret obyektin və ya mücərrəd məfhumun dərk edilməsidir; Bu, onun sevindirici xüsusiyyətidir (Vikipediya, 2020). Gözəllik problemi rəssamların, yazıçıların, filosofların çox diqqət yetirdiyi bir mövzudur. Əsrlər boyu gözəlliyin nə olduğunu düşünən filosoflar müxtəlif fikirlər irəli sürmüşlər. Gözəllik anlayışını ilk işlədən şəxs eramızdan əvvəl V əsrdə yaşamış Platondur. O, həm də gözəllik anlayışını fəlsəfənin obyekti hesab edən ilk şəxsdir.
Platon deyir ki, gözəllik mütləqdir və onun fikrincə, o, ilahi ağlın dünyada əks olunmasıdır. Gözəllik duyğulardan kənar bir fikirdir.
Platonun gözəlliyə ümumi yanaşmasına nəzər saldıqda bu, onun fəlsəfəsi, idealist fəlsəfəsi ilə bağlıdır. Platonun gözəllik anlayışı, digər anlayışlar kimi, onların da gözəllik ideyasını bölüşdükləri dərəcədə gözəl olduğunu bildirir. Gözəllik anlayışı gözəllik ideyasının təcəssümüdür. Yalnız bu şəkildə özünü ifadə edir və məna verir. Platonun fikrincə, zaman keçdikcə dəyişən və köhnələn əşya gözəl ola bilməz. Çünki bu obyekt davamlı olaraq özündən bir şey itirir və bir müddət sonra yox olur. Lakin onun əsas mənbəyi olan gözəllik ideyası bütün zamanlardan kənardır və buna görə də həmişə gözəl olaraq qalır.
Əsrlər boyu gözəlliklə bağlı araşdırmalarda bir çox mütəfəkkirlər gözəlliyi fərqli şərh etmişlər. Mütəfəkkirlərin gözəllik anlayışına problem kimi yanaşması gələcəkdə yeni problem yaradacaq. Bu problem "estetik" problemdir. Qədim filosoflar Baumqartın adını daşıyan konsepsiya haqqında çox düşünürdülər. Xüsusilə Platon bu mövzuda fəlsəfəyə ciddi töhfələr vermişdir. Gözəllik anlayışı hələ tam başa düşülməsə də, dövrdən dövrə, cəmiyyətdən cəmiyyətə və hətta insandan insana dəyişən bir anlayışdır.
Mənbə: Zorbatv
Tərcümə etdi: Çimnaz Məmmədova
