Bambuk bitkisi Mərkəzi Amerika, Afrika, Cənub-Şərqi Asiyada və bataqlıqlarda bitən bitki növüdür. Bambuk bitkisinin gövdəsinin içi boşdur. Onların uzunluğu 35-40 santimetrə çata bilər. Qalın gövdə quruluşuna malik olan bambuk bitkisinin ömrü çox uzundur.Bu gün bambuk təxminən 120 il yaşaya bilir.
Bambuk bitkisi havadakı karbon qazını digər bitkilərə nisbətən daha tez udur. Bu yolla ətraf mühitə və meşələrə böyük töhfə verir. Bambuklar digər ağac növlərindən çox daha davamlıdır. Bu səbəbdən mebel, qida, geyim və digər sektorlarda bambuk istifadəsi kifayət qədər yüksəkdir.Bambuklar o qədər davamlı və möhkəmdir ki, Çində tikilən evlər bambuk ağaclarından tikilir.
Bambuk bitkisinin ətrafında heç bir bakteriya növü yoxdur. Buna görə də çox gigiyenik və antibakterial xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətinə görə mətbəx əşyalarında tez-tez bambukdan istifadəyə üstünlük verilir.
Bambuk bitkisinin birdən çox növü var. Bəzi növlər qısa müddətdə böyüyüb inkişaf edərkən bəzi növlər çox gec böyüyür. Bambuklara qulluq çox səbir tələb edən bir işdir. Bambuk bitkisi günəşi çox sevən bir bitkidir. Bu səbəbdən günəş işığını rahat qəbul edə biləcək bir yerdə olmalıdır.Bambuk bitkisinin başqa bir xüsusiyyəti də ətrafında başqa bitki növlərinin olmasını istəməməsidir. Bu səbəbdən evdə yetişdirdiyiniz digər çiçək növləri ilə arasına məsafə saxlamağa diqqət etməlisiniz. Bambuk həm də yeməli bitkidir. Bundan əlavə, məlum olduğu kimi, bambuk pandaların sevimli yemək növüdür.
Mənbə: viagardenia
Tərcümə etdi: Aynur Mikayılova