Bu gün:

Midyə hansı heyvandır və faydaları nələrdir?


Dənizdə çoxlu müxtəlif növ canlılar yaşayır. Midyə dənizdə yaşayan, qəlpələri olan və bu qəlpələrin köməyi ilə nəfəs ala bilən onurğasız dəniz canlısıdır. Dəniz məhsulları ilə maraqlanan bir çox insanlar midyədə ətin nə olduğu ilə maraqlanır.

Midyə zülalla zəngin dəniz məhsullarıdır. Əksər insanlar midyə içərisində olan yeməyi ət kimi qəbul edirlər. Ancaq ət kimi qəbul edilən bu qida ət deyil. Midyə içərisində olan və ət olduğu düşünülən bu qida əslində göbələklərin, virusların, bakteriyaların və balıq nəcisinin əzilmiş formasıdır.

Midyə hansı heyvandır?

Midyə həşərat növü deyil, dəniz canlısı kimi tanınır. Midyənin uzunluğu beş ilə altmış sm arasında dəyişir. Yumşaq quruluşu ilə seçilən midyə 14 ilə qədər yaşaya bilir. Midyə iki qabıqdan ibarətdir. Midyə qabıqları əsasən qara rəngdədir. İki qulaqcıq və bir mədəcikdən ibarət ürəyi var. Ağız hissəsində saqqal var. Ağız içərisində dişləri və çənəsi də var. Bu gün bir çox midyə növləri var. Bəzilərinin hətta gözləri də var.

Midyə haramdır yoxsa halal?

Midyə yemək halaldır.

Midyənin Faydaları – Bilinməyən 5 Xüsusiyyət

Yüksək protein dəyəri: 

Yalnız bir boşqab midyə yenilən zaman təxminən 18 qram protein alınır. Bu səbəblə midyə zülal ehtiyacını qarşılayan dadlı və qənaətcil qidalardan biri kimi qarşıya çıxır.

Qan şəkərini balanslaşdırır: 

Midyə quruluşunda olan manqan qan şəkərini tarazlaşdırmaqda müvəffəqiyyətlidir. 

Dərini qidalandırır: 

Midyələrin omeqa yağ turşularını ehtiva etmə qabiliyyəti dəri sağlamlığının qorunmasında təsirli olur. Midyə yeyən insanların dərisi faydalı yağları udduğu üçün daha parlaq və təmiz görünür.

Qalxanabənzər vəziləri balanslaşdırır: 

Midyə selenium mineralını ehtiva edir. Selenium mineralı həmçinin qalxanabənzər vəzlərin nizamlı işləməsini dəstəkləyir. Midyəni ölçülü şəkildə qəbul etdikdə qalxanabənzər vəzi xəstəliklərindən uzaq durmaq olar.

Enerji verir: 

Midyə yüksək qida dəyərinə malikdir. Tərkibində faydalı minerallar olduğu üçün qan dövranını sürətləndirir və qəbul edildikdə insana enerji verir.

Mənbə: Sabah, Nefis Yemek Tarifleri

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et