Biz praktiki olaraq heç bir qorxu ilə doğulmamışıq. Körpələrin qorxusu hündürlükdən yıxılmaq və yüksək səslərdir. Bütün digər qorxular sonradan müəyyən hadisələrə reaksiya olaraq yaranır. Və bunların hamısının kökündə həyatın öhdəsindən gələ bilməyəcəyimiz inanclar dayanır.
Digər tərəfdən, qorxu bizi yaxınlaşan təhlükədən xəbərdar edən əsas duyğudur. Bizi doldurur ki, yaxınlaşan təhlükəyə hazır olaq. Qorxu bizi qorxulu vəziyyətdə iflic edir. Heç bu hissi yaşamısınızmı? Nə vaxtsa nəticələrini düşünmədən sizi qaçmağa vadar edən çaxnaşma yaşamısınızmı? Bu, belə bir emosional vəziyyətdə tamamilə məntiqli bir reaksiyadır.
Qorxu və narahatlıq əlamətlərini ayırd etmək lazımdır. Qorxu çox spesifik bir vəziyyətdə məsələn, boş bir küçədə sizi izləyən bir qərib sizi təqib etdiyini düşündüyünüz zaman görünür. Narahatlıq daha az, müəyyən vəziyyətlərdə yaranan kifayət qədər ümumi, qeyri-spesifik bir duyğudur. Məsələn, gələcək karyeramız haqqında düşünərkən və ya kimsə bizi tənqid edəndə bu hissi keçiririk.
Qorxuya qalib gəlməyin bir neçə yolu var:
1. Qorxularınızı inkar etməyə çalışmayın.
Daha əvvəl qeyd etdiyimiz kimi, qorxu sağ qalmağımıza kömək edəcək hədiyyədir.
2. Just do it(Sadəcə bunu edin).
Qorxuya baxmayaraq hərəkətə keçmək vərdişi yaradın. Anlayın ki, qorxu sizin üçün qeyri-adi hərəkətlər etməyə cəhd etdiyiniz zaman baş verən ümumi reaksiyadır.
3. Özünüzü daha yaxşı tanıyın.
Özünü əks etdirmək rahatlıq səviyyəsini artırmağa kömək edir. Bu bizə necə hiss etdiyimizi və ya necə olmaq istədiyimizi, necə davranacağımızı anlamağa imkan verir.
4. Ən pis variantı qiymətləndirin.
Qorxuya məhz məntiqi yolla qalib gəlməyə cəhd edə bilərsiniz. Qorxu yarandıqda ona baxmayaraq hərəkət etmək qərarına gəlsəniz, ən pis ssenari haqqında düşünün.
Mənbə: psyinst.moscow
Tərcümə etdi: Leyla Bayandurlu