Bu gün:

Qış depressiyası nədir?


Elmi olaraq mövsümi affektiv pozğunluq və ya mövsümi depressiya kimi tanınan qış depressiyası ilin müəyyən vaxtlarında, xüsusən, payızın sonundan yazın əvvəlinə qədər baş verən depressiya növüdür.

Bu, günlərin qısalması və daha az günəş işığı kimi mövsümi dəyişikliklərlə birbaşa bağlıdır. Qışda gün işığının azalması insan orqanizmində bəzi bioloji və kimyəvi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər bəzi insanlarda əhval dəyişikliyinə səbəb ola bilər. Qış depressiyası daha çox şimal bölgələrində yaşayan və qışda günəş işığına az məruz qalan insanlarda müşahidə olunur. Bu vəziyyət yalnız böyüklərdə deyil, uşaqlarda və yeniyetmələrdə də müşahidə edilə bilər. Ancaq yetkin qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Qış depressiyası yalnız mövsümi dəyişikliklərlə məhdudlaşmır. Bu, fərdin genetik quruluşu, yaşadıqları coğrafi bölgə və stres səviyyələri kimi amillərlə də arta bilər. Qış depressiyasının tam olaraq niyə meydana gəldiyi bəlli olmasa da, günəş işığının azalmasının melatonin və serotonin kimi bəzi beyin kimyəvi maddələrinin tarazlığını pozduğu düşünülür. Bu kimyəvi maddələr yuxu rejiminə, yuxu pozğunluğuna və əhval-ruhiyyəyə birbaşa təsir göstərir.

Qış depressiyasına nə səbəb olur?

Qış depressiyasının səbəbləri bir çox amillərdən asılı olaraq baş verir. Mövsümi həssaslıq pozuqluğu da adlandırılan bu vəziyyət adətən payızın sonlarında başlayır və yazın ilk aylarına qədər davam edir. Qışda günlər qısaldıqca və günəş işığı azaldıqca melatonin və serotonin hormonları balanssız şəkildə ifraz olunmağa başlaya bilər. Bu hormonlar yuxu rejiminə və əhval-ruhiyyəyə birbaşa təsir göstərir. Günəş işığının azalması melatonin istehsalının artmasına və serotonin səviyyəsinin azalmasına səbəb ola bilər ki, bu da yorğunluq və depressiya hisslərinə səbəb ola bilər. Bundan əlavə, qışda gündüz saatları azaldıqca bədənin daxili saatı dəyişə bilər. Bu dəyişiklik sizin bioloji saatınızın və xarici mühitin uyğunsuzluğuna səbəb ola bilər və nəticədə yuxu rejiminizi və əhvalınızı poza bilər. D vitamini çatışmazlığı qış aylarında da yaygındır və bu çatışmazlıq depressiya əlamətlərinə səbəb ola bilər. Soyuq hava və sosial fəaliyyətlərin azalması da qış depressiyasına səbəb olan amillərdir. Xüsusilə, qışın soyuq və boz havası bəzi insanlarda depressiv hisslərə səbəb ola bilər. Qış depressiyasının başlamasında stress və həyat tərzi də mühüm rol oynaya bilər. Sıx iş qrafiki, ailə problemləri və ya iqtisadi çətinliklər kimi stres faktorları qış aylarında qaranlıq və soyuq günlərlə birləşərək insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. Bundan əlavə, fiziki fəaliyyətin azalması və qış aylarında evdə daha çox vaxt keçirmə meyli depressiya riskini artıra bilən hərəkətsizliyə və sosial izolyasiyaya səbəb ola bilər. Bu amillərdən xəbərdar olmaq bizə qış depressiyasının səbəblərini daha yaxşı anlamağa və ehtiyat tədbirləri görməyə kömək edə bilər. Qış depressiyasını anlamaq və onun səbəblərini bilmək bu vəziyyətin öhdəsindən gəlmək üçün vacibdir. Qış aylarında özünüzü daim yorğun, kədərli və ya depressiyada hiss edirsinizsə, mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Kifayət qədər günəş işığı almaq, balanslaşdırılmış qidalanma və ictimai tədbirlərdə iştirak etmək qış depressiyasının təsirlərini azalda bilər.

Mənbə: erdempsikiyatri.com 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et