
Son illərdə minimalizm artmaqdadır. Bəs biz bu barədə nə bilirik? Minimalizm nədir? Kimə minimalist deyilir?
Minimalizm nə deməkdir?
Minimalizm son illərdə bir çox fərqli sahədə trend olan bir anlayışdır. Biz onu “sadəlik” adlandıra bilərik. Sadəlik anlayışında görünüş, əslində, dəyərdir. Əgər onun funksiyası yoxdursa, onda bu xüsusiyyət görünüşə daxil edilməməlidir. Minimalist bir parçada hər şeyin bir səbəbi və izahı var. Artıqlıqdan azad olmaq və funksionallıq kimi detallar ön plana çıxır.
"Minimal həyat"
“Daha çox” və “az”ın gücünə işarə edən minimalizm mənşəyi 1960-cı illərə qədər uzanan bir hərəkatdır. Xüsusilə, incəsənət və musiqidə sadəliyi və obyektivliyi vurğulayır. Belə əsərlər “minimalist” və ya “minimal sənət nümunələri” adlanır. Son illərdə "Skandinaviya minimalizmi" populyar mədəniyyətdə təsirli olmuşdur. “Minimal həyat” kimi ümumiləşdirə biləcəyimiz müxtəlif həyat baxışları və həyat fəlsəfələri də çox təsirlidir.
Minimalist həyatın şərtləri
Minimalist minimalizmi həyata baxış kimi təyin edənlərə verilən addır. Minimalizmin bəzi vacib şərtləri var. Məsələn, bir minimalist sadəcə olaraq artıq şeylərdən qurtulmaqla hərəkət edir. Həqiqətən ehtiyacı olmayan obyektləri öz mühitindən çıxarır. İnsan münasibətlərində "lazım deyilsə, danışmamaq" da minimalist davranış nümunəsidir. Yalnız bir obyekti vurğulamaq və müxtəlif film afişalarında və ya kitab üzlüklərində sadə təsvirdən istifadə etmək minimalist seçimin nümunəsidir.
Minimalizm niyə vacibdir?
Minimalizmin həyat fəlsəfəsi kimi təqdim olunmasının səbəbi maraq doğurur. Mütəxəssislərin fikrincə, minimalizm sizi artıqlıqdan xilas edə biləcəyi üçün vacibdir. Diqqətini cəmləməyi çətinləşdirən və insanı yolundan yayındırmaq potensialına malik bir çox şeyin həyatdan çıxarılmasını tələb edən minimalizm vaxtdan daha səmərəli və faydalı istifadə etməyə imkan verir.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
