Bu gün:

Gözlərimizin rəngini haradan alırıq?


Hər birimizdə göz rəngi adlanan bir fikir mövcuddur. Bəs biz həmin göz rəngini haradan alırıq? Bu sadəcə bir təsadüfdürmü, yoxsa bu valideynlərimizin bizə ötürdüyü genlərlə dəqiq aydın olurmu?

Həyatı dərk etməyimizdə çox böyük rol oynayan məhz həmin orqanlar gözlərimizdir. Bu orqanlar hamımızda eyni prinsip ilə çalışsa da, bizlər fərqi şeyləri fərqli görür və başa düşürük.

Niyə gözlərimiz fərqli rənglərdə görünür?

İnsanlar gözlərinin rəngini, dəri və saç tonunu da təyin edən qoruyucu bir piqment olan melanindən alır. İndi bu rəng insana doğuşdan gələn melaninin növünə və miqdarına bağlıdır. İki növ piqment var. Bunlar zəngin bir şokolad qəhvəyisi yaradan eumelanin və kəhrəba, yaşıl ilə açıq qəhvəyi rəngi yaradan feomelanindir. Bu vaxt mavi gözlərin çalarları nisbətən az miqdarda eumelanin ehtiva edərək meydana gəlir.

Yaşıl gözlər maraqlıdır, çünki iki növ piqmenti işıq paylanması ilə birləşdirir: mavi gözlərdən biraz daha çox eumelanin və bir az feomelanin ehtiva edirlər. Fındıq gözləri eyni birləşmədən gəlir, lakin irisin üst qatında daha yüksək melanin konsentrasiyasına sahibdirlər. Çox nadir olan qırmızı və bənövşəyi gözlərdə, demək olar ki, heç bir piqment yoxdur. Əslində qırmızı gözlərdə melanin heç yoxdur.

Niyə sadəcə bir rəngi seçək?

İndi insanların çox nadir olsa da, niyə gözlərinin hər birində fərqli rəngli irisin olduğu ilə maraqlana bilərsiniz. Bu vəziyyət qısaca heteroxromiya adlanır və bir neçə növə malikdir: İrisin bir hissəsinin rəng baxımından fərqli olduğu qismən heteroxromiya; İrisin daxili hissəsinin xarici halqadan fərqli bir rəngdə olduğu mərkəzi heteroxromiya və bir irisin digərindən tamamilə fərqli bir rəngdə olduğu tam heteroxromiya.

Anadangəlmə heteroxromiya hallarının böyük əksəriyyəti (insanların bu şəkildə doğulduğu yerlərdə) tamamilə təhlükəsizdir. Ancaq bu nadir hallarda, Horner və ya Waardenburg sindromları kimi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. Heteroxromiya həyatın sonrakı dövrlərində baş verərsə, əsasən, göz zədəsi, baş travması, bədxassəli şiş və ya bəzi periyodik müalicələr nəticəsində baş vermiş ola bilər. Ancaq insanların əksəriyyətində bu, təsadüfi mutasiyalarla baş verir və bir gözə normaldan daha az və ya daha çox miqdarda melaninin getməsinə səbəb olur.

Mənbə: Britannica.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et