Bu gün:

Tərləmənin 8 səbəbi


Tərləmənin 8 səbəbi

Daxili Xəstəliklər Mütəxəssisi Prof. Dr. Yaşar Küçükardalı, 'Yüksək hava istiliyi, həddindən artıq səy, həddindən artıq həyəcan kimi vəziyyətlər xaricində meydana gələn tərləmələr menopozdan istifadə edilən dərmanlara, infeksiyalardan xərçəngə qədər bir çox faktor və xəstəlikdən qaynaqlana bilər'',-dedi.

Tərləmə bədən istiliyini tarazlayan təbii mexanizmdir. Adətən hava istiliyi, hərəkət və ya qorxu və ya həyəcan kimi emosional dəyişikliklər səbəb olur. Ancaq həddindən artıq tərləmənin tibbi bir problemin göstəricisi ola biləcəyinə işarə edən Daxili Xəstəliklər Mütəxəssisi Prof. Dr. Yaşar Küçükardalı onları belə sıraladı:

Hipoqlikemiya

Aşağı qan şəkəri olaraq təyin olunan hipoqlikemiya tərləməyə səbəb olur. Şəkərin azalması ilə birlikdə insulinin bədəndə əks təsiri olan böyümə hormonu adrenalin və kortizol kimi bəzi hormonların ifrazı artır. Bu, adrenergik fəaliyyətə, yəni tərləmə və çarpıntılara səbəb olur. Hipoqlikemiya şəkərli diabetin ilkin mərhələlərində, yəni insulinin həddindən artıq ifraz olunduğu dövrdə və ya müalicə zamanı dərman-qidalanma əlaqəsini düzəldə bilməyən xəstələrdə daha tez-tez baş verir. Hipoqlikemiyanın problemin qaynağı olub-olmadığını anlamağın yolu tərləmə zamanı qan şəkərini ölçməkdir. Dərman müalicəsi planını yenidən tənzimləmək və qidalanma təhsili verməklə qan şəkərinin düşməsi və tərləmənin qarşısı alına bilər.

 Menopoz

Menopoz əvvəli və erkən menopoz zamanı hormonal nizamsızlıq səbəbiylə isti basmalarla tərləmə baş verə bilər. Əslində, bu dövrdə qadınlarda tərləmənin ən çox görülən səbəbidir. Hormon əvəzedici terapiya həkim nəzarətində olmaq şərti ilə bu problemi həll edə bilər.

 Hormonal xəstəliklər

Qalxanabənzər vəzinin sürətli işləməsi, yəni hipertiroidizm orqanizmdə bir çox sistemin sürətli işləməsinə səbəb olur. Bu zaman tərləmə ilə yanaşı ürək döyüntüsü, əsəbilik, arıqlama da müşahidə edilə bilər. Feokromositomada böyrəküstü vəzinin mərkəzi hissəsi sürətlə işləyir və nəzarətsiz şəkildə adrenalin hormonu istehsal edir. Buna görə də xəstə tərləmə, ürək döyüntüsü, yüksək təzyiqdən əziyyət çəkir. Karsinoid sindromu həmçinin həzm sisteminin selikli qişasının kiçik şişlərindən serotonin və buna bənzər maddələrin ifraz olunması nəticəsində yaranır. Xəstədə hərarət, ürək döyüntüsü, tərləmə, ürəkbulanma kimi şikayətlərə səbəb ola bilər. Bu problemlər dərman və ya əməliyyatla müalicə olunur.

 Xərçəng xəsətəliyi

Bəzi xərçəng növlərində, məsələn, lenfomada tərləmə ilk əlamətdir. Xəstədə arıqlama, iştahsızlıq kimi əlamətlər də var. Diaqnoz qoltuqaltı, qasıq, boyun, qarın və döş qəfəsi kimi limfa düyünlərinin lokalizasiyalarında mikroskop altında patoloji böyümənin araşdırılması ilə qoyulur. Bu gün limfomanın müalicəsində çox uğurlu nəticələr əldə etmək olar.

Dərmanlar

Bəzi dərmanlar da tərləməyə səbəb ola bilər. Bunların başında antidepresanlardır. Həmçinin, bəzi antipiretiklər tərləməyə səbəb ola bilər.

 Nevroloji problemlər

Bəzi xəstəliklər tər vəzilərinin işləməsini təmin edən sinirləri pozaraq tərləmə pozğunluğuna səbəb ola bilər. Əsas xəstəlik düzəldilə bilərsə, tərləmə pozğunluğunda yaxşılaşma görülür.

Tər vəzilərinin sürətli işləməsi (idiopatik hiperhidroz) tərləmənin səbəblərindən biridir. Laboratoriya testlərində normal görünən bu problem həyat keyfiyyətini xeyli aşağı salır. Bəzi dərmanlar və ya botoks iynələri ilə tər vəzilərinin fəaliyyətini azaltmaq olar.

İnfeksiyalar

Bu, tərləmənin ümumi səbəbidir. Qızdırma, iştahsızlıq və kilo itkisi kimi ümumi simptomlar ürəkbulanma və qusma ilə müşayiət olunur. Vərəm və Brusella bakteriyası ən çox tərləməyə səbəb olur. Bakterial infeksiyalar, xüsusilə ürək qapağı infeksiyası, sümük infeksiyası, abses və HİV infeksiyası tərləməyə səbəb ola bilər. Müvafiq antimikrobiyal dərmanlarla müalicə edilə bilər.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et