Bu gün:

Bir ətrin sizə uyğun olduğunu necə hiss edirsiniz?


Yeni ətir seçmək gözlənilməz və spontan prosesdir. Bəzən üst notların cazibəsi alışdan dərhal sonra yox olur, bəzən isə ətir sevgisi daha da güclənir. Dəbli ətirlərin bolluğunda sizə uyğun olanı necə tanıya bilərsiniz??

Hər birimizin qoxularla öz münasibətimiz var. Bəziləri yeni məhsulları aktiv şəkildə sınaqdan keçirir, bəziləri isə illərdir eyni qoxuya sadiq qalırlar. Daim ətir dəyişdirmək, birində uzun müddət dayanmadan müxtəlif kompozisiyalar sınamaq istəyi nəyə səbəb ola bilər?

Yeni bir şey sınamağa qərar verə bilmirsinizsə və illərdir eyni qoxudan istifadə etməyə davam edə bilmirsinizsə, niyə başqa qoxulara cəlb olunmadığınız barədə düşünməyə dəyərmi? Ola bilsin ki, ətir sizin qadağalarınızın və yeni bir şeyə addım atmaq qorxularınızın göstəricisidir.  Həyat sürətlə dəyişdiyi üçün çevik olmaq, müxtəlif sosial rollar oynamaq, yeni şeylər öyrənmək və uyğunlaşa bilmək vacibdir.

Mənbə: Psychologies
Tərcümə etdi: Leyla Əliyeva

Paylaş
Şərh əlavə et