Bu gün:

Sürətli oxumağın sirri


Günün çox hissəsini oxumağa sərf etsəniz də, necə oxuduğunuz barədə heç düşünmüsünüzmü? Gözləriniz hərf formalarını necə başa düşür və bu hərfləri başa düşə biləcəyiniz cümlə formalarına necə qoyursunuz? Həqiqətən, düşünəndə başa düşürük ki, oxumaq çox mürəkkəb bir bacarıqdır. Əvvəllər elm adamları hesab edirdilər ki, oxuyarkən hər iki gözünüz sözdəki konkret hərflərə fokuslanır. Son araşdırmalar bunun belə olmadığını göstərdi. Alimlər hazırkı araşdırmalarında hesab edirlər ki, hər bir göz eyni anda müxtəlif hərflərə diqqət yetirir, çox vaxt diqqəti iki ayrı simvola yönəldir. Beyin bu iki təsviri birləşdirərək söz formasını əmələ gətirir. Bu, səhifələr arasında hərəkət edərkənc demək olar ki, dərhal baş verir. Sürətli oxumağı bacarmaq üçün məşq etməlisiniz.

Məşq edin, bacarıqlarınızdan müntəzəm istifadə etməlisiniz. Başlamaq üçün asan mətnləri seçin, sürətli oxumağa başlayanda çətin kitablar seçməyin. Roman və ya səyahət məqaləsi kimi tez oxusanız belə, başa düşə və həzz ala biləcəyiniz mətnləri oxuyun.

Sürətli oxumaq üçün düzgün seçim edin oxuduğunuz hər şeyi sürətlə oxuya bilməyə bilərsiniz. Hüquqi sənədlər, illik hesabatlar və ya yaxınlarınızdan gələn e-poçtlar – onları diqqətlə oxumaq və daxili səsinizdən istifadə etmək daha yaxşı olardı. Mesajı tam başa düşmək, məlumatı yadda saxlamaq, təfərrüatları müzakirə etmək və təhlil etmək lazımdırsa və ya müəllifin demək istədiyindən həzz almaq istəyirsinizsə, sürətli oxumaq yanlış yanaşma ola bilər.

Oxuma sürətinizi artırmaq üçün göstərici və ya oxşar alətdən istifadə edin:bir kağız parçasını cəld bir səhifənin altına dartdığınızda və ya barmağınızı mətnin üzərində sürətlə hərəkət etdirdiyiniz zaman gözlərinizi və beyninizi izləməyə məcbur edirsiniz. Bir addım geri çəkin və mətnin strukturundan istifadə edin. Buna mətnin strukturunu və təşkil olunma qaydasını başa düşmək üçün məlumatın skan edilməsi, qalın hərflərlə yazılmış sözlərin axtarılması və müəllifin bir mövzudan digərinə keçdiyi nöqtələrin müəyyənləşdirilməsi daxil ola bilər. Sürətli oxumağa başladığınız zaman cari oxuma sürətinizi qeyd etmək vacibdir.


Mənbə: hizliokuma.com


Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et