Bu gün:

Mütəxəssisdən keyfiyyətli yuxu üçün 5 təklif


Böyük Britaniyadan olan yuxu mütəxəssisi istirahət saatlarından maksimum yararlanmaq üçün məsləhətlər açıqlayıb.

Londonda xoruldama və yuxu apnesi xəstələrini müalicə edən qulaq, burun boğaz cərrahı Mike Dilkes yuxu problemlərinə səbəb ola biləcək məsələlərə aydınlıq gətirib.

Yetkin bir insanın, orta hesabla, səkkiz saat yuxuya ehtiyacı olsa da, sorğular göstərir ki, təxminən, hər beş britaniyalıdan biri və amerikalıların üçdə biri kifayət qədər yuxu almır. Dilkes isə yuxunun həyat tərzində bəzi dəyişikliklərlə mümkün olduğunu müdafiə edir.

Effektiv yatmaq üçün diqqət etməli olduğunuz şeylər...

1. Otaqdakı mebellərin dağınıqlığı yuxunun keyfiyyətinə mane ola bilər, ona görə də, otağı səliqəyə salmaq və səliqəli etmək problemi həll edə bilər.

2. Əgər siz televizorlar, qəhvə dəmləyənlər və digər texnoloji əşyalar olan otaqda yatsanız, gözlədiyiniz kimi yata bilməyəcəksiniz.

3. Yaxşı yuxunun açarı həm də otaqda sərf olunan vaxtdan asılıdır. Dilkes yatdığınız otağı yalnız yatmaq üçün istifadə etməyi təklif edir.

4. Əgər xoruldama və yuxu apne probleminiz varsa, mütləq peşəkar dəstək almalısınız. Arxa üstə yatan hər kəsin xoruldaya biləcəyini deyən Dilkes yan üstə uzanmağı tövsiyə edir.

5. Arıqlamaq və spirtli içkiləri azaltmaq da Dilkesə görə yuxu keyfiyyətində böyük fərq yaradır.

Mənbə: Sözcü

Tərcümə etdi : Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et